Cümə , Yanvar 21 2022
azfa

Britaniya universiteti: 100 ölkə uyğur türklərin məcburi əmək məhsullarını satın alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 100-dən çox beynəlxalq şirkət Şərqi Türküstanda uyğur türklərinin məcburi əməyi ilə istehsal olunan pambıq məhsullarını satmaq təhlükəsi ilə qarşılaşıb.

Böyük Britaniyanın Şeffild Hallam Universitetinin “Helena Kennedi” Beynəlxalq Ədalət Mərkəzinin hazırladığı “Pambıq yuyulması Şərqi Türküstan pambığını beynəlxalq tədarük şəbəkələrində necə gizlədir” başlıqlı hesabatda bildirilir ki, Çinin beş əsas iplik və parça tədarükçüsü uyğurların yaşadıqları bölgələrdə yetişdirilən pambıqdan istifadə edir.

Məlumata görə, tədarükçülər öz yarımfabrikatlarını beynəlxalq vasitəçilər üzərindən ixrac edir. Onlar da hazır pambıq məhsullarını Amerika da daxil olmaqla, dünya brendlərinə göndərirlər.

Hesabatda həmçinin deyilir: “Bu proses vasitəsilə biz Şərqi Türküstan pambığını 100-dən çox beynəlxalq marka ilə birləşdirən potensial tədarük şəbəkələrini müəyyən edə bildik.

Həmçinin yoxlayın

İranla Ermənistan sərhəddə yarmarka açırlar

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Araz Azad İqtisadi Zonası Təşkilatının İdarə …

İran rejimi Təbriz metrosunun aldığı qatarı Şiraz metrosuna verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycana qarşı müstəmləkə və ayrıseçkilik …