Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Britaniya uyğur türklərinin haqlarını nüdafiə edənlərə Çinin tətbiq etdiyi sanksiyaları kəskin şəkildə qınayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Britaniya hökuməti cümə günü uyğur müsəlman azlığını müdafiə etdiklərinə görə Çinin sanksiyalar tətbiq etdiyi parlament üzvlərinə və Britaniyanın digər vətəndaşlarına tam dəstəyini elan edib.

“Bu gün Çin tərəfindən sanksiyalar tətbiq olunan millət vəkilləri [parlament üzvləri] və digər Britaniya vətəndaşları uyğur müsəlmanlarına qarşı edilən kobud insan haqları pozuntularını işıqlandırmaqda böyük rol oynayıb,” Baş Nazir Boris Conson Twitter səhifəsində yazıb.

“İstismara qarşı çıxmaq azadlığın təməlidir və mən onların arxasındayam” – deyə, Conson bildirib.

Çin Pekinin uyğurlarla münasibəti barədə “yalan və dezinformasiya yaydıqları” iddiaları ilə Britaniyanın doqquz vətəndaşına və dörd təşkilatına qarşı sanksiyalar tətbiq edib.

Britaniyanın xarici işlər naziri Dominik Raab və Ədliyyə naziri Robert Bokland da Çinin bu addımını kəskin şəkildə qınayıb.

“Britaniya insan haqlarını pozduğuna görə Çinə qarşı sanksiya tətbiq etmək üçün beynəlxalq birliyə çağırdığı halda, Çin dövləti onu tənqid edənlərə sanksiya tətbiq edir. Pekin Sincanda insan haqlarının pozulduğuna dair iddiaları etibarlı şəkildə təkzib etmək istəyirsə, @UNHumanRights-a həqiqətləri öyrənməsinə icazə verməlidir” -deyə, Raab Twitter səhifəsində yazıb.

Avropa İttifaqı, Britaniya, Amerika Birləşmiş Ştatları və Kanada bu həftə Sincanın (Şərqi Türküstan) siyasi və iqtisadi güc elitasına insan haqlarının geniş şəkildə pozmaq iddiaları ilə sanksiyalar tətbiq edib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …