Cümə axşamı , İyul 10 2025
azfa

Brüsseldə azərbaycanlılar Xocalı soyqırəmə ilə bağlı möhtəşəm mitinq keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə fevralın 23-də Belçika Krallığının paytaxtı Brüssel şəhərindəki Lüksemburq meydanında izdihamlı ümumavropa Qarabağ mitinqi keçirilib.

Aksiyada Almaniya, Fransa, İtaliya, Polşa və Avropanın digər ölkələrində yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri iştirak ediblər.

Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində keçirilən mitinqdə iştirakçılar “Xocalıya ədalət!”, “Azərbaycan sülh istəyir!”, “Günahsız körpələri öldürməyin!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandır!”, “Qarabağa qayıtmaq istəyirik!”, “Dilqəmə və Şahbaza azadlıq!” və s. şüarlarla Avropa Parlamentinə və digər beynəlxalq təşkilatlara çağırış ediblər.

Mitinqdə çıxış edən diaspor nümayəndələrimiz 27 il əvvəl Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməsi, işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsi, öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunması, münaqişə ilə bağlı qəbul edilmiş məlum beynəlxalq sənədlərin qərarlarına Ermənistan tərəfinin riayət etməsi tələblərini səsləndiriblər. Aksiyanın sonunda qəbul olunan qətnamə Avropa Parlamentinin məsul şəxslərinə təqdim edilib.

Mitinq ərzində yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən broşürlər paylanıb.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal haqqında 15 gündür heç bir məlumat yoxdur

GADTB: 15 gün öncə İrqçi fars-molla rejimin ETTELAAT qüvvələri tərəfindən həbs etdiyi azərbaycanlı fəal Murtəza …

Britaniya Türkiyəyə “Tayfun” qırıcıları rəsmən təklif etdi

GADTB: Britaniya Türkiyəyə 40 ədəd “Tayfun” (Eurofighter Typhoon) çoxməqsədli döyüş qırıcılarını satmağı rəsmi olaraq təklif …

Bir cavab yazın