Şənbə , İyun 22 2024
azfa

Bu gün İranda növbəti anti-Azərbaycan tədbiri keçiriləcək

“Tələbə” İnformasiya Agentliyi xəbər verir ki, bu gün, mayın 27-si günorta saatlarında Şahed Universitetində “Azərbaycan və “sionist rejim” arasında münasibətlər və onun İranın milli təhlükəsizliyinə təsirinin araşdırılması” adlı dəyirmi masa təşkil ediləcək.

Məlumata görə, tədbirdə İranın Azərbaycandakı keçmiş səfiri, hazırda ali rəhbərin Əsərlərinin Qorunması və Nəşri Fondunun beynəlxalq məsələlər şöbəsinin müdiri Möhsün Pakayin və milli təhlükəsizlik üzrə ekspert, professor Məhəmməd Sadiq Qulami və Azərbaycan üzrə ekspert, İranda anti-Azərbaycan materialları dərc edən “Vətən yolu” jurnalının redaktoru Davud Dəştbani çıxış edəcək./Azad İran

Həmçinin yoxlayın

Sayın Mikayil Oyta Viktoriya Assambleyasının sədri Maree Edvards-a Azərbaycanla parlament dostluq qrupunun ləğvi ilə bağlı məktub ünvanlayıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq əlaqələr …

İran uranın zənginləşdirilməsini qat-qat artırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran hökuməti ölkənin ən məxfi nüvə obyektlərindən biri …