Çərşənbə axşamı , Oktyabr 8 2024
azfa

Bu gün Məhəmməd Əmi̇n Rəsulzadəni̇n vəfatından 66 il ötür

GADTB: Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məmməd Əmin Rəsulzadənin vəfatından 66 il ötür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il janviyənin 31-də Bakının Novxanı kəndində dünyaya göz açıb. İlk təhsilini görkəmli müəllim Sultan Məcid Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” mədrəsəsində alıb.

Məhəmməd Əmin Rəsulzadə gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. 1909-cu ildə İrana mühacirət edərək bir müddət orada “İrane-nou” qəzetinin baş dəbiri kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra isə Türkiyəyə mühacirət edib.

Məhəmməd Əmin Rəsulzadə 1902-ci ildə “Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu təşkilat XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında Məhəmməd Əmin Rəsulzadə Rusiya parlımanına Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il meyin 26-da Zaqafqaziya orqanı daxili fraksiyonların çəkişmələri nəticəsində ləğv olunub. Meyin 27-də orqanın müsəlman fraksiyonuna daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Rəy çoxluğu ilə Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın başqanı seçilib.

1918-ci il meyin 28-də bütün ölkələrin radio istgahları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Cümhuriyyəti hökuməti təşkil olunub. Beləliklə, bütün Şərqdə ilk dəfə olaraq Azərbaycan xalqı öz cümhuriyyətlərinin əsasını qoymağa müvəffəq oldu.

Ancaq Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 avrilində Azərbaycanın Şurəvi Rusiyası tərəfindən işğalından sonra Məhəmməd Əmin Rəsulzadə vətəni tərk etmək məcburiyyətində qaldı. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış görkəmli xadim 1955-ci il marsın 6-da Ankarada şəkər mərizliyindən vəfat edib.

Azərbaycan tarixinin görkəmli simalarından olan Məhəmməd Əmin Rəsulzadəni qürur və ehtiramla yad edirik!

Həmçinin yoxlayın

“TEKNOFEST” sərgisi gələn il Şimali Kiprdə keçiriləcək

GADTB: Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti (ŞKTC) Ersin Tatar təşkilatçıların 2025-ci ildə Aviasiya, Kosmonavtika və …

Şuşada “Türktransplant” sistemi yaradılır

GADTB: Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV …