GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna kəşfiyyatı Kiyev vilayətinin Buça şəhərində mülki əhaliyə qarşı hərbi cinayətlər törətmiş 64-cü motoatıcı briqadanın hərbçilərinin siyahısını açıqlayıb. Bu barərə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında qeyd olunub ki, Ukraynanın mülki əhalisinə qarşı törədilən cinayətlərə görə bütün hərbi cinayətkarlar cavab verəcəklər.
Ukrayna prezidenti V. Zelenski Rusiya ordusunun paytaxt Kiyev yaxınlığındakı yaşayış məntəqələrində çox sayda mülki vətəndaşa işgəncə verərək qətlə yetirdiyini və bunun “soyqırım” olduğunu qeyd edib.
Artıq dünyanın bir çox ölkəsi Buça soyqırımını və Putinin Ukraynada hərbi cinayət və soyqırım törətdiyini kəskin pisləyib.