Çərşənbə , Noyabr 11 2026
azfa

Buşehr AES-də vəziyyət gərginləşir: Rusiya işçiləri təxliyə olunur

GADTB: Rosatom Buşehr Atom Elektrik Stansiyasında çalışan əməkdaşlarının təxliyəsinin üçüncü mərhələsinə başladığını açıqlayıb.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, bu qərar obyektin hədəfə çevrilə biləcəyi ilə bağlı artan narahatlıqlar fonunda qəbul edilib. Şirkət stansiyadakı vəziyyətin “mənfi istiqamətdə inkişaf etdiyini” bildirib. Təxliyə olunanların sayı və prosesin detalları açıqlanmayıb.

Bu arada BMT nüvə obyektləri ətrafında artan gərginliklə bağlı xəbərdarlıq edib. Qurumun İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib ki, İran və İsraildə nüvə obyektləri yaxınlığında hücumların davam etməsi “idarəolunmaz fəlakət” riski yaradır.

O, Nətənz nüvə obyekti və Dimona ətrafında baş verən son hadisələri misal gətirərək, vəziyyətin daha da gərginləşə biləcəyini vurğulayıb. / Azad İran

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …