Bazar ertəsi , İyun 17 2024
azfa

Bütöv Azərbaycan Ocaqlarının II Bütöv Azərbaycan Forumu keçirəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tədbir Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə dekabrın 17-si saat 12:00-da “Astoria Baku” hotelinin konfrans zalında baş tutacaq. 

Forum zamanı aşağıda qeyd edilən məsələlər ətrafında müzakirələr aparılacaq:

▪️ Azərbaycanın bütövlüyünün gündəmə gətirmək;

▪️ Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq;

▪️ Ümummilli birliyə nail olmaq.

Forumda Azərbaycanın Güneyindən, Borçalıdan, Kərkükdən, Dərbənddən və Qərbi Azərbaycandan olan təmsilçilər, ictimai-siyasi təşkilatların, gənc nəslin nümayəndələri, ziyalılar, ictimai-siyasi xadimlər və digərləri iştirak edəcəklər.

Əziz Azərbaycan xalqı. Bu Forum Sizlərin-Bizlərin Forumudur, ona görə də hər birimiz dəvətliyik.

“Astoria Baku” hoteli Bakı şəhəri, Babək prospekti, 65B ünvanında yerləşir.

Həmçinin yoxlayın

İrəvandan Kərki kəndini qaytaracağı ilə bağlı işarə

Hökumət “artsax” sakinlərinin (Qarabağı tərk etmiş ermənilər – red.) ev tikməsi və ya alması üçün …

Molla rejimi türkcə kitab nəşrinə icazə verməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin İrşad və Mədəniyyət Nazirliyi Azərbaycan …