
GADTB: Bu gün, 18 dey cümə axşamı, Təbriz, Urmiya, Ərdəbil, Tikantəpə, Həmədan, Bicar, Qorvə, Kərəc və Cənubi Azərbaycanın digər şəhərlərində bazarlar etiraz olaraq tam tətilə çıxıb.
Təbriz bazarı iqtisadi şəraitə etiraz olaraq ardıcıl ikinci gündür fəaliyyətini dayandırıb və çoxlu sayda mağaza bağlı qalıb. Bu gün bazar əhli arasında həmrəylik dünənlə müqayisədə daha da artıb və tətilə qoşulan ticarət obyektlərinin sayı çoxalıb.
Məlumata görə, dünən Təbriz qubernatoru bazara gələrək dükan sahiblərini mağazaları açmağa razı salmağa çalışsa da, bu cəhd nəticəsiz qalıb.
Həmədan şəhərində isə bazar tətili ilə yanaşı, küçə etirazlarının da başladığı bildirilir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi