Bazar ertəsi , Yanvar 19 2026
azfa

Cənubi Azərbaycanın müxtəlif şəhərlərində etirazlar davam edir- Video

GADTB; Daxil olan məlumatlar 18 dey cümə axşamı günü Cənubi Azərbaycanın bir sıra şəhərlərində etiraz aksiyalarının davam etdiyini və genişləndiyini göstərir. Ümumi etirazları fonunda Cənubi Azərbaycanın bir neçə şəhərində vətəndaşların kütləvi iştirakı, etiraz şüarları və təhlükəsizlik qüvvələrinin müdaxiləsi qeydə alınıb.

Ərdəbil şəhərində etiraz aksiyaları 18 dey axşam saatlarından etibarən şəhərin müxtəlif nöqtələrində başlayıb. Yəhəvi, Sərçeşmə, əsas dördyol və Şəriəti küçələri etirazların əsas mərkəzləri kimi göstərilir. Məlumatlara görə, molla rejimin qüvvələri kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib və bəzi ərazilərdə etirazlar birbaşa toqquşmalara çevrilib.

Yerli mənbələr molla rejimin qüvvələrinə məxsus avtomobilin yandırıldığını və aksiyalar zamanı “Diktatora ölüm” şüarlarının səsləndiyini bildirir.

Ərdəbildə etirazçılar “Azadlıq, ədalət, milli hökumət” şüarı ilə siyasi və milli tələblərini açıq şəkildə ifadə ediblər. Aksiya iştirakçıları İslam Respublikasına qarşı mövqelərini bəyan etməklə yanaşı, istənilən formada avtoritarizmin və totalitar faşizmin yenidən istehsalını, o cümlədən İranşəhəri Pəhləvi xəttini də rədd etdiklərini vurğulayaraq Azərbaycanın milli hakimiyyəti tələbini önə çıxarıblar.

Urmiya şəhərində cümə axşamı günortadan sonra bir sıra esnaflar etiraz əlaməti olaraq dükanlarını bağlayıblar. Şəhərdə rejimin qüvvələrinin geniş iştirakı və gərgin ictimai atmosfer hökm sürür. Aksiyalar zamanı “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir” kimi anti-totalitar məzmunlu şüarlar səsləndirilib.

Xoy şəhərində də etiraz aksiyaları qeydə alınıb; etirazçılar molla rejimin qüvvələrinə qarşı şüarlar səsləndiriblər.

Marağa şəhərində 18 dey axşamı vətəndaşlar küçələrə çıxaraq “Diktatora ölüm” şüarını təkrarlayıblar.

Təbrizdə də etirazlar müşahidə olunub. Daxil olan məlumatlara görə, aksiya iştirakçıları “Azadlıq, ədalət, milli hökumət”, “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir”, “Azərbaycan şərəfdir, Bəsici bişərəfdir” və “Diktatora ölüm” şüarları səsləndiriblər.

Cənubi Azərbaycanın Qürvə şəhərindən gələn xəbərlərə əsasən, rejim qüvvələri etirazçılara qarşı hərbi silahlardan atəş açıb.

Bicar şəhərində isə yerli mənbələr etirazçılar tərəfindən qubernatorluq binasının yandırıldığını bildirir.

Bundan əlavə, Kərəc, Həmədan, Ərak, Qəzvin və digər azərbaycanlıların yaşadığı şəhərlərdə də etirazların davam etdiyi qeyd olunur.

İslam Respublikasının sərt təhlükəsizlik tədbirləri, internet məhdudiyyətləri və repressiv müdaxilələrinə baxmayaraq, Cənubi Azərbaycanın müxtəlif şəhərlərində etirazlar davam edir. Mövcud təhlükəsizlik şəraitinə rəğmən, vətəndaşlar küçələrə çıxaraq siyasi, sosial və milli tələblərini ifadə etməyi sürdürürlər.

https://t.me/GADTB1/47837

https://t.me/GADTB1/47836

https://t.me/GADTB1/47832

Həmçinin yoxlayın

Tramp İrana hücum üçün fürsət axtarır

GADTB: Ağ Evin keçmiş aparat rəhbəri Mik Malvani deyib ki, Tramp administrasiyası İslam Respublikasına zərbə …

Həkimlər İranda 16 mindən çox insanın öldürüldüyünü bildirirlər

GADTB: İranda etirazların zorakılıqla yatırılması zamanı hökumət qüvvələrinin etirazçılara birbaşa atəş açması nəticəsində ölənlərin sayının …