Cümə , Oktyabr 16 2026
azfa

Cəfər İsmayılzadə: “Azərbaycan milləti öz hüquqlarına çatana qədər mübarizə edəcəyik”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı milli fəal və idmançı Cəfər İsmayılzadə: öz İnstaqaram səhifəsində video paylaşaraq, Təbrizdə rejimin ETTELAAT İdarəsində 3 saat istintaqdan sonra sarsılmadığını və daha güclü müabrizə edəcəyini bildirib.

 İsmayılzadə deyib: “Mən hər zamandan daha da iradəli dayanmışam. Mənim vəziyyətim barədə maraqlanan və məni dəstəkləyən qardaşlarım- Azərbaycanın milli fəallarına təşəkkürümü bildirirəm. İnsan haqlarımızın gerçəkləşməsinə, Urmiya gölümüzün bərpasına, ana dilimizdə tədris və təhsil ala biləcəyimizə qədər mübarizəmizi davam etdirəcəyik. Mərkəzi hakimiyyətdən öz hüquqlarımızı, həmçinin  Azərbaycanın milli fəallarını sərbəst buraxmasını tələb edirik. Onlar Azərbaycan xalqının hüquqlarını müdafiə etdiklərinə görə işkəncələrə məruz qalırlar. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycanın qəhrəman xalqı!”.

Qeyd edək ki, molla rejimin ETTELAAT İdarəsi tərəfindən İsmayılzadəyə elektron bildiriş göndərilməklə dekabrın 2-i həmin idarəyə getməsi tələb olunmuşdu. Azərbaycanlı fəal və oğlu milli-mədəni fəaliyyətlərinə görə dəfələrlə tutularaq həbs və təzyiqlərlə qarşılaşmışdır.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …