Cümə , Sentyabr 18 2026
azfa

Cənubi Azərbaycan Milli Hökumətinin yaradılmasının ildönümü ilə bağlı Nadarlıda posterlər yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Cənubi Azərbaycan Milli Hökumətinin yaradılmasının ildönümü ilə bağlı azərbaycanlı milli fəallar aksiya keçiriblər.

Dünən azərbaycanlı milli fəallar Şəbistər şəhərinin Nadarlı kəndində Azərbaycan Milli Hökumətinin yaradılmasının 79-cu il dönümü (21 Azər Hərəkatı – 1945-ci il 11 dekabr) ilə bağlı aksiya keçirərək divarlara vərəqələr yapışdırıblar.

Məlumata görə, aksiya 1945-ci ildə qurulan və bir il fəaliyyət göstərən Cənubi Azərbaycan Milli Hökumətinin xatirəsini yaşatmaq məqsədi ilə təşkil edilib.

Vərəqələrdə yazılıb: “21 Azər – Milli Dövlətçilik Günü qutlu olsun!”, “Güney Azərbaycan İran deyil!”.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …