Cümə , İyul 17 2026
azfa

Cənubi Azərbaycan şəhərlərində İran rejiminin mövqelərinə hücumlar davam edir

GADTB: Gecə boyu və bu gün səhər saatlarında İranın hərbi və digər obyektləri Cənubi Azərbaycanın əksər şəhərlərində bombalanaraq hədəfə alınıb.

Məlumata görə, Salmas şəhərində Şəhriyar meydanında yerləşən Kəşfiyyat İdarəsinin binası zərbə alıb. Həmçinin Təbriz ətrafında böyük tüstü qalxdığı bildirilir. Ehtimal olunur ki, partlayış Səhənd istiqamətində baş verib və onun səsi Təbrizdə güclü şəkildə hiss olunub.

Gecə boyunca rejimin mövqeləri Təbriz və bəzi digər şəhərlərdə, o cümlədən Həmədan, Kərəc və digər bölgələrdə bombalanıb.

Bu gün səhər saatlarında isə Sulduz (Nəqədə), Xoy və Şəbüstər şəhərlərində bir neçə nöqtədə partlayışlar və hava hücumları qeydə alınıb.

Məlumata görə, gecə saat təxminən 01:00 radələrində Sulduz rayonunda yerləşən Bigəmqala sənaye şəhərciyində və Nəqədə dəmiryolu stansiyasında İran İslam Respublikasına bağlı mövqelər hava hücumuna məruz qalıb. Hücumların mümkün itkiləri və dağıntıları barədə hələ dəqiq məlumat açıqlanmayıb.

Eyni zamanda yerli sakinlər və şahidlər Xoy şəhərində ən azı altı partlayışın baş verdiyini bildirirlər. Sakinlərin sözlərinə görə, partlayış səsləri şəhərin müxtəlif hissələrində eşidilib və bölgə səmasında döyüş təyyarələrinin uçuşu müşahidə olunub.

Digər məlumatlara görə, Şəbüstər rayonunun “Əmmənd” bölgəsində də partlayış baş verib.

Bundan başqa, səhər saat 06:00 radələrində Urmiya şəhərində dörd nöqtə hücuma məruz qalıb. İlkin məlumatlara əsasən, şəhərin müxtəlif yerlərində bir neçə partlayış səsi eşidilib və şahidlər bölgə üzərində təyyarə və ya pilotsuz uçuş aparatlarının uçduğunu bildirirlər.

https://t.me/GADTB1/49878

Həmçinin yoxlayın

Tanker Trackers: ABŞ İran İslam Respublikasına məxsus mazutla yüklənmiş neft tankerini saxlayıb

GADTB: SENTKOMun Oman körfəzində M/T “Ven Yao” neft tankerinin saxlanılması və yoxlanılması ilə bağlı məlumatından …

SENTKOM: ABŞ altıncı gecə ardıcıl olaraq İran İslam Respublikası rejiminin onlarla hərbi mövqeyinə zərbələr endirib

GADTB: ABŞ-ın Mərkəzi Komandanlığı (SENTKOM) bildirib ki, ölkənin döyüş təyyarələri, pilotsuz uçuş aparatları və hərbi …