Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

Cənubi Azərbaycan şəhərlərində İran rejiminin mövqelərinə hücumlar davam edir

GADTB: Gecə boyu Cənubi Azərbaycan şəhərlərində İran rejiminin hrbi mövqelərinə qarşı şiddətli hücumların davam etdiyi bildirilir.

Məlumata görə, Təbriz şəhərində rejimə məxsus onlarla gizli məkan tədricən ifşa olunur. Bir neçə saat əvvəl Təbrizin Səidabad (Seyidabad) bölgəsində çox güclü partlayış baş verib. Bildirilir ki, həmin məkan axşam saat 8–9 radələrində də hədəfə alınmışdı.

Hadisə şahidlərindən biri qeyd edib ki, sözügedən ərazi ciddi şəkildə qorunan və gizli saxlanılan hərbi düşərgələrdən biridir. Onun sözlərinə görə, böyük bir ərazi müsadirə olunaraq istifadə edilir və orada konkret olaraq nə fəaliyyət göstərdiyi məlum deyil. Həmin məkan Təbriz–Tehran magistral yolunun kənarında yerləşir.

Eyni zamanda, gecə ərzində Təbrizin digər bölgələrinin də güclü bombardmana məruz qaldığı bildirilir.

Urmiyə şəhərində də müxtəlif ərazilər bombalanıb. Yerli mənbələrin məlumatına görə, Urmiyənin Çarbəş (Çeharbəxş) məhəlləsində polis kəşfiyyatına aid bir obyekt hədəfə alınıb. Həmçinin Urmiyədə İran İnqilab Keşikçiləri Korpusuna aid bir qərargahın məhv edildiyi bildirilir.

Bundan başqa, Qoşaçay şəhərində polis məntəqəsinin də hədəf alındığı qeyd olunur.

Məlumatlarda həmçinin İran rejiminin digər Cənubi Azərbaycan şəhərlərində – Həmədan, Kərəc və Zəncan kimi məntəqələrdəki mövqelərinin də güclü bombardmana məruz qaldığı bildirilir.

Qeyd olunur ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp əhaliyə “bombardmanlar davam etdiyi üçün evlərdə qalın” çağırışı etdiyi halda, İran dövlət televiziyası əhalini küçələrə çıxmağa çağırıb.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …