Çərşənbə , Sentyabr 16 2026
azfa

Cənubi Azərbaycan və İranın müxtəlif bölgələrində gecə boyu ağır hava hücumları davam edib

GADTB: Ötən gecə və bu gün səhər saatlarında Cənubi Azərbaycanın bəzi şəhərlərində, o cümlədən Həmədan, Kərəc, Ərak və digər bölgələrdə İran rejiminin mövqeləri hücumların hədəfi olub.

Cümə gecəsindən şənbə günü 8 Fərvərdin səhərinədək Tehran və digər şəhərlərə hava hücumları fasiləsiz şəkildə davam edib. Ölkə daxilində fəaliyyət göstərən media qurumlarının və qismən internetə çıxışı olan vətəndaşların məlumatlarına görə, son saatlarda Tehran, Kərəc, İsfahan, Kaşan və Ərak şəhərləri çox ağır hücumlara məruz qalıb.

Tehrandan daxil olan məlumatlarda şəhərin 1-ci, 4-cü, 9-cu və 18-ci rayonlarında güclü partlayışların baş verdiyi bildirilir. Partlayışların baş verdiyi yerlər arasında Elm və Sənaye Universiteti yaxınlığı, Mehrabad hava limanı ətrafı, Darabad, Pasdaran, Nobonyad, Məhəllati və digər bir neçə məntəqə qeyd olunur.

Tehran xaricində isə Ərakın Xeyrabad sənaye şəhərciyi, İsfahanda 44-cü topxana bölməsi, Kaşandakı Kavir polad zavodu, Həştgerd və Həmədan kimi məntəqələrin də hücumların hədəfi olduğu bildirilir.

İsrail ordusu yaydığı bəyanatlarda Yəzd şəhərində “unikal” uran hasilatı zavoduna, Ərak ağır su zavoduna, həmçinin ballistik raketlərin istehsalı və saxlanılması məntəqələrinə, eləcə də Tehran və İranın qərbində yerləşən hava hücumundan müdafiə sistemlərinə zərbələr endirildiyini təsdiqləyib.

Bu arada Həmədan vilayətinin Mədəni İrs İdarəsinin rəhbəri cümə günü baş verən hücumlar zamanı Babatahir türbəsinin bəzi hissələrinin zərər gördüyünü açıqlayıb.

Daxil olan digər məlumatlara görə, 7 Fərvərdin cümə günü axşam saatlarından etibarən ölkənin müxtəlif bölgələrində SEPAH-a qarşı yeni və çox ağır hücum dalğası başlayıb.

Məlumata əsasən, indiyədək hücuma məruz qaldığı bildirilən yerlər arasında Motel Qo, Fərdis, Bidgənə, Cənnətabad Mərkəzi, Tehran, Səadətabad, Pərənd, Qərbi Tehran, Kərəc, Cənnətabad, Kordan, kuhi Kordan, İsar düşərgəsi, Qələq, Elmlər və Tədqiqatlar Universiteti, Universitet meydanı, Şəhrək-e Qərb, Əndişə, Əndişənin 3-cü fazası, Vələncək, Evin, Zəfəraniyə, Şəhriyar, Tonkabon, Şəhsəvar, Şəhran, Fəllah, Həsən Seyf, Gişa, Kamalşəhr, Əndişənin 4-cü fazası, İsfahan, Ribat küçəsi, Espinas, Punək və Kelardəşt kimi ərazilər göstərilir.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …