Cümə axşamı , Sentyabr 17 2026
azfa

Cənubi Azərbaycan və İranın müxtəlif bölgələrində hava hücumları davam edir

GADTB: Son saatlarda Cənubi Azərbaycanın bir sıra şəhərləri, o cümlədən Təbriz, Həmədan və Kərəc hava hücumlarına məruz qalıb.

İranın daxili mediası bazar ertəsi səhər saatlarında Tehranın İnqilab küçəsi ətrafında hava hücumundan müdafiə sistemlərinin fəaliyyət göstərdiyini bildirib. Sosial şəbəkələrdə yayılan məlumatlarda isə paytaxtın bəzi nöqtələrinin bombardman edildiyi qeyd olunur.

Fars News Agency xəbər verir ki, bazar günü Həmədan şəhərinin mərkəzi meydanında hökumətlə əlaqəli şəxslərdən birinin dəfn mərasimi zamanı əraziyə yaxın nöqtədə bomba hədəfə dəyib. Məlumata görə, partlayış nəticəsində mərasim iştirakçıları arasında xəsarət alan olmayıb.

Digər tərəfdən, Hammihan qəzetinin yazdığına görə, Həmədan vilayətinin siyasi-təhlükəsizlik məsələləri üzrə vitse-qubernatoru bildirib ki, həmin gün vilayətin bəzi bölgələrinə edilən hava hücumları nəticəsində 9 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Mehr News Agency də xəbər verib ki, Məlard rayonunun elektrik idarəsinin rəhbəri bazar günü bir neçə mərminin düşməsi səbəbilə rayonun müxtəlif hissələrində elektrik enerjisinin kəsildiyini açıqlayıb.

Bundan əlavə, bazar günü günortadan sonra Təbriz ətrafında partlayış səslərinin eşidildiyi bildirilib. ISNA isə həmin gün Şiraz şəhərində də partlayış baş verdiyini xəbər verib.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …