Bazar ertəsi , May 19 2025
azfa

Çanaqqala şəhidlərinin nəvələri və ANZAK əsgərlərinin nəvələri Sidneydə görüşüb- Video

GADTB:  Çanaqqala zəfərinin 110-cu ildönümündə Mersin Universitetinin rektoru Prof.Dr.Erol Yaşarın rəhbərliyi ilə həyata keçirilən layihə çərçivəsində Çanaqqala şəhidlərinin nəvələri Alaattin Dölek, vəkil Ayşe Doğan, Gaye Nur Kalay, Alanur Sarıyə Söyler, Layihənin koordinatoru Koray Gidirişlioğlu və təhsil koordinatoru Filiz Atilla Anzak əsgərlərinin nəvələri ilə bir araya gəlib. Layihəni Sidneydə Qazilər Dərnəyi Türkiyə Bölməsinin prezidenti Mehmet Evin təşkil edib. Tədbirin koordinasiyasını Avstraliyanın ən böyük məscidi olan Gelibolu şəhərciyinin məscidi proqramın Gelibolu Məscidi Din Məmuru Əbdülhalim Erkoç öz üzərinə götürdü.

Gelibolu Məscidi şəhərciyində baş tutan proqramda Sidney konsulu, Avstraliyanın təqaüdçü parlament üzvləri, yerli şuralar, Koreya müharibəsi veteranları, vətəndaş cəmiyyəti təşkilatları, yerli və xarici qonaqlar iştirak ediblər. Sidney baş konsulu Belgin Ergüneş çıxışında keçmişin ağrısını unutmadan sülh və qardaşlıq içində yaşamağa önəm verdiklərini bildirib. “Bu mənalı gündə vətənimizi qoruyarkən şəhid olan Mehmetçiklərimizi və Çanaqqalada həyatını itirən bütün ANZAK əsgərlərini dərin ehtiramla yad edirəm”.

Avstraliyanın ən böyük məscidi olan Gelibolu Məscidinin Din məmuru Əbdülhalim Erkoç Avstraliyanın yerli mətbuatına açıqlamasında bunları deyib:

“Gelibolu Döyüşü Osmanlı İmperiyası ilə Müttəfiq dövlətlər arasında 1915-1916-cı illər arasında gedən dəniz və quru müharibəsinin adıdır.

Seddulbahir, Arıburnu, Conkbayırı, Zığındərə kimi bir çox yerdə qarşıdurmalar olub. Səngərlər arası məsafənin 8 metr olduğu və hər kvadrat metrə 6 min güllə düşən yerdə döyüş zamanı türk və ANZAK əsgərlərinin bir-birlərinə ərzaq və təcili yardım göndərmə hekayəsi yaşandı.

Döyüşara verəndə bu fasilələrdə Vətənə, həyat yoldaşına, övladlarına həsrət mahnısını oxuyan əsgərlərin möhtəşəm hekayələri və bu qəribə müharibədən doğan maraqlı dostluqları yarandı.

Anzak əsgərlərinin türk millətinin qəlbində xüsusi yeri var idi. Türk əsgərlərinin də Avstraliya ANZAC əsgərlərinin qəlbində xüsusi yeri var idi.

Kim bilirdi ki, bu müharibə qırılmaz dostluq körpülərinə səbəb olacaq?

Müsahibəyə davam edən Erkoç, Mustafa Kamal Atatürkün 1934-cü ildə 18 mart Çanaqqala zəfərinin ildönümündə oxuması üçün Daxili İşlər Naziri Şükrü bəyə verdiyi mətndə aşağıdakıların yazıldığını söylədi:

“Bu vətən torpağında qan tökən qəhrəmanlar…

Huzur və əmin-amanlıq içində yatın. Siz Mehmetçiklə (türk əsgərləri) yan-yanasınız. Uzaq diyarlardan övladlarını döyüşə göndərən analar, göz yaşlarınızı saxlayın. Övladlarınız bizim qoynumuzdadır. Onlar rahatdırlar və rahat yatacaqlar. Onlar bu torpaqda canlarını itirəndən sonra bizim övladlarımız oldular”.

Erkoç Avstraliya mətbuatında dərc olunmaq üçün Müəllim Koray Gidirişlioğlu və Hüquqşünas Ayşe Doğanldan müsahibə götürüb.

Gelibolu Məscidinin həyətindəki proqramdan sonra Avstraliya orkestrinin müşayiəti ilə yürüş keçirilib. Müharibə Memorialındakı Türk Dostluq Divarına əklillər qoyuldu. Qısa çıxışlarla günün mənası və əhəmiyyətinə toxunuldu.

Proqramda layihənin qabaqcılı Mersin Universitetidir. Layihədə əməyi olan rektor Erol Yaşar, Mersin Gələcək Platformasının prezidenti Həsən Gezer, Mut Peşə Məktəbinin direktoru Koray Gidirişlioğlu, Türk Döyüş Qaziləri Dərnəyi Başçısı Mehmet Evin, Diyanət Məmuru Əbdülhalim Erkoç, Çanaqqala şəhidlərinin nəvələri və ANAC nəvələrinə təşəkkür edildi.

Proqram, Gelibolu Məscidi Din Məmuru Əbdülhalim Erkoçun Auburn Türk Dostluğu Anıt Divarında başda Anafartalar Qrupu Komandiri Qazi Mustafa Kamal Atatürk və silahdaşları olmaqla bütün şəhidlərin ruhuna dua oxuması ilə sona çatdı.

Mərasimdə Türkiyənin baş konsulu və Avstraliya Baş konsulu Deniz More, Şimali Kipr Dərnəyinin prezidenti Müge Hanım və Güney Azərbaycan Demokratik Türk Birliyinin beynəlxalq Departamentinin sədri Mikayıl Oyta Qalapoli məscidində dostluq ağacı əkdilər.

https://www.youtube.com/shorts/0wQv96_h1vc

https://www.youtube.com/shorts/HV1fsfIPAEY

Həmçinin yoxlayın

Şirazda Qaşqay türkləri “Traxtur” komandasının qələbəsi ilə bağlı möhtəşəm şənlik qeyd ediblər

GADTB: Molla rejimin məmurlarının Şirazın Çəmran bulvarında şənlik mərasimi keçirilməsinə mane olmasına baxmayaraq, Qaşqaylar şənlik …

ABŞ dövlət katibi: “İranın nüvə silahı və ya İsraili təhdid etmək imkanı olmamalıdır”

GADTB: Dünən ABŞ dövlət katibi Marko Rubio vurğulayıb ki, Vaşinqtonun İranla bağlı siyasətinin son məqsədi …