Bazar ertəsi , İyun 17 2024
azfa

Çanaqqala Zəfəri dünya tarixinə yazılan ən böyük zəfərlərdən biridir

GADTB: Çanaqqala Zəfəri Türkiye tarixinə qızıl hərflərlə yazılan zəfərdir.

1915-ci ildə Antanta dövlətləri Çanaqqala boğazını keçərək müttəfiqləri olan Rusiyaya yardım gətirmək və beləliklə də Osmanlını müharibədə məğlub etmək üçün İngilis donanması ilə Osmanlı İmperiyasına hücum etməyi planlaşdırır. Lakin Antanta dövlətləri planlarını həyata keçirə bilmir.

Osmanlı İmperiyası 1915-ci ilin 18 mart tarixində İttifaq dövlətlərin donanmasına qarşı  qələbə qazanır və bu zəfər tarixə “Çanaqqala Dəniz Zəfəri” kimi düşür.

1916-cı il yanvarın 9-dәk davam edən Çanaqqala müharibəsində bir çox maraqlı hadisələr qeydə alınıb. Müharibə zamanı hər kvadrat metrə orta hesabla 6000 güllə atılıb. Bu göstərici dünya müharibəsi tarixində ən yüksək göstəricidir. İki güllənin havada toqquşma ehtimalı 600 milyonda bir olsa da,  bir neçə güllənin havada toqquşduğu və bir-birinə yapışdığı aşkar edilib. Çanaqqala döyüşündə türk ordusunda kişilərlə bərabər qadın piyadalar və snayper qadınlar da döyüşüb. Müharibə zamanı bir əsgər Seyid Onbaşı hər biri 250 kq ağırlığında olan mərmini topa qaldırıb.

Döyüş meydanını havadan izləyən britaniyalı pilot sahildən 50 metr aralıda dəniz səthinin qırmızı rəngə boyandığını görüb və bunun həyatında gördüyü ən qorxulu hadisə olduğunu bildirib. Tərəflərin böyük itkilər verdikləri bu müharibədə və digər müharibələrdə yaşanan kədərli olayların bundan sonra dünyanın heç bir yerində yaşanmamasını diləyir və proqramı Mustafa Kamal Atatürkün sözləri ilə bağlamaq istərdik: “Xalqın həyatı təhlükə altında deyildirsə, müharibə cinayətdir!”

Həmçinin yoxlayın

İrəvandan Kərki kəndini qaytaracağı ilə bağlı işarə

Hökumət “artsax” sakinlərinin (Qarabağı tərk etmiş ermənilər – red.) ev tikməsi və ya alması üçün …

Molla rejimi türkcə kitab nəşrinə icazə verməyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin İrşad və Mədəniyyət Nazirliyi Azərbaycan …