Şənbə , Aprel 20 2024
azfa

Ortaq Bəyanat

Güney Azərbaycan təşkilatlarının Güney Azərbaycan Milli Hərəkatının ortaq bayraq iddiası barədə ortaq bəyanatı

Həqiqəti olmayan bir iddia! Hörmətli vətəndaşlar! Tir ayının birində (22 iyun) Əhməd Obalı bəyin televiziyasında (GünazTV-də) yayınlanan bir proqramda Çehrəqanı bəy, Nəimi bəy və Obalı bəy iştirak edirdilər. Onların iddiasına görə Azərbaycan Milli Hərəkatında iştirak edən bütün təşkilatların və şəxsiyyətlərin razılığı ilə, keçmişdə GAMUH-un çıxardığı bayraq milli hərəkatımızın ümumi bayrağı …

Ətraflı oxu »

Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) Güney Azərbaycan bazarı, əsnaf və tacirlərinə müraciəti

Qəhrman Güney Azrbaycan türk milləti! Vətənsevər Azərbaycan əsnaf və tacirləri! 100 ilə yaxındır, pəhləvi və sözdə İslam Cümhüriyyəti bütün imkanlarını səfərbər edərək çalışmış, Azərbaycanı iqtisadi, siyasi və ictimai açıdan o qədər geri saxlasın ki, beyin, sərmayə və işçi qüvvəsi köçməyə məcbur qalsın.

Ətraflı oxu »

Güney Azərbaycan İstiqlalçılar Birliyinin (GAİB) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə bildirişi

Böyük imperatorluqlar quran Azərbaycan türk milləti ruslarla Qacar dövlətinin müharibəsi nəticəsində parçalanmış və əsarətə düşmüşdür. Ancaq 100 il öncə millətimizin dahi oğulları Azərbaycanın quzey hissəsində 1918-ci il may ayının 28-də Türk Dünyası və ümumiyyətlə Şərq aləmində ilk demokratik, pluralist və dünyəvi Azərbaycan dövlətini yaratdı. Əslində Məhəmməd Əmin bəy Rəsulzadənin qurduğu …

Ətraflı oxu »

Güney Azərbaycanın istiqlaçı təşkilatlarından Azərbaycan türk millətinə çağırış: Referendum hiyləsi ilə rejimi qorumaq istəyən irançılara aldanma

İranın işğalçı və irqçı rejimi, öz hakimiyyətinin zəif və ən ağır dövrünü yaşamaqda, eləcə də son nəfəslərini çəkməkdədir. Qeyri-fars millətlərin qurtuluş mübarizəsi bu işğalçı rejimi çıxılmaz vəziyyətə salan əsas amildir. Bununla yanaşı ekonomik (iqtisadi) böhran sıravı vətəndaşların belini sındırmaqdadır. Eyni zamanda beynəlxalq basqı və təzyiqlər artmaqdadır. Bütün bu amillər rejimin …

Ətraflı oxu »

Güney Azərbaycan Demokratik Türk Birliyinin Yenigün-yaz bayramı münasibəti ilə Türk millətinə təbrik mesajı

Türk milləti dünyanın ən qədim xalqlarından olduğu üçün onun milli bayramı olan Yenigün- yaz bayramı da insanların ilkin həyat tərzi, əkinçiliyi və təbiətin qışdan sonra yenidən oyanması ilə bağlı olmuşdur. Bu bayram əsas iki qitəyə yayılmış türklərin hamısında dinindən asılı olmayaraq keçirilir. Hətta prototürk xalqlar hesab edilən İkiçayarasında Savır və …

Ətraflı oxu »

Güney Azərbaycan İstiqlalçılar Birliyinin Yenigün – bahar bayramı münasbəti ilə millətimizə təbrik mesajı

Türk milləti bütün sahələrdə irəlici gürüşlərlə tarix və mədəniyyətdə qalıcı izlər buraxmışdır. Türk milləti istər qadına bərabər baxış və davranışları, istər dövlətçilik və imperatorluqda sömürücülük anlayşı ilə yox, eşitlik ilkəsi ilə idarə etdigi dövlətlərdə, millətlərin dil və dinlərinə toxunmamaq və orada yaşayanlara eşit haqq tanımaqla bizə şanlı bir ənənə miras …

Ətraflı oxu »

Güney Azərbaycan İstiqlalçı Təşkilatlar Birliyinin Xocalı soyqırımı ilə bağlı bildirişi

1992 – ci il fevral ayınn 26 –sı (1370  hicri şəmsi isfənd ayının 7-si ) Azərbaycanın qatı düşməni, cinayətkar erməni daşnakları “Böyük Ermənistan” xülyası ilə, keçmişdə olduğu kimi türk millətinə bəslədiyi nifrəti biruzə vermiş və yenidən Azərbaycan türkünə qarşı soyqırım törətmişdir.

Ətraflı oxu »