Bazar , Dekabr 22 2024
azfa

Ceyhun Bayramov erməni təxribatlarını BMT-də nümayiş etdirdi

GADTB: Azərbaycan lokal antiterror əməliyyatlarına başladı və legitim hədəflərin zərərsizləşdirməsinə yönəlmişdi. Bu tədbirlər BMT Nizamnaməsində təsbit olunmuş suveren özünümüdafiə hüququna tam uyğun idi. Mülki şəxslər və obyektlər hədəfdə olmayıb.

Bu sözləri XİN başçısı Ceyhun Bayramov BMT TŞ-nin Qarabağ üzrə təşkil edilən iclasında çıxışı zamanı bildirib.

“Erməni separatçılar texnikaları qəsdən yaşayış məntəqələrinə yaxın yerlərə məsuliyyətsizcə yerləşdirmişdi. Videolardan və fotolardan görə bilərsiniz ki, bəzi hərbi hədəflər hətta mülki əhaliyə ziyan gələcək deyə, məhv edilməyib”, – nazir bildirib.

C.Bayramov erməni silahlı qruplaşmaların son aylarda qazdığı səngərləri, minadan təmizlənmiş ərazilərin yenidən minaladığını, cəmləşdirdiyi hərbi texnikalarını və digər əməllərini fotolarla iclas iştirakçılarına təqdim edib.

Həmçinin yoxlayın

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …

Zülmə məruz qalan Qaşqay türkləri Güney Azərbaycandan dəstək istədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri geyim və mədəniyyətlərinə qarşı tətbiq edilən …