Şənbə , Fevral 15 2025
azfa

Çinə bəşəriyyətə qarşı cinayətinə görə istintaq tələb edən ölkələrin sayı 100-ə çatdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, koronavirus pandemiyasını dünyaya yaymaqda ittiham olunan Çinə qarşı istintaqın açılmasını istəyən ölkələrin sayı 100-ə çatıb.

Son olaraq ölkələr siyahısına Rusiya qatılıb.

Avropa İttifaqı tərəfindən hazırlanan qətnamənin Ümumdünya Səhiyyə Təşkilatının ən ali səlahiyyətli orqanı olan Ümumdünya Səhiyyə Qurumunun bu gün İsveçrənin Cenevrə şəhərində təşkil edilən illik konfransında təqdim edilməsi gözlənilir. CNN telekanalı bu mövzunu gündəmə gətirən ilk ölkə olan Avstraliyanın çağırışı əsas götürülərək hazırlanan qətnaməyə Pekinin ənənəvi müttəfiqi Rusiyanın dəstək verməsinin kritik əhəmiyyəti olduğunu vurğulayıb.

Bu istintaqda pandemiyanın haradan qaynaqlandığı, Çinin xüsusilə ilk günlərdə pandemiya ilə bağlı bilgilərin nə qədərini gizlətdiyi və ya paylaşdığı kimi mövzulara işıq tutulacağı gözlənilir.

Qeyd edək ki, Çin pandemiya mövzusunda dünyaya xəbərdarlıq etməyə çalışan elm adamlarını susdurmaqda, pandemiyanı olduğundan daha əhəmiyyətsiz göstərməkdə ittiham edilir. Lakin Çin bu iddiaları təkzib edir.

Çin hökuməti belə bir istintaqa yalnız Ümumdünya Səhiyyə Təşkilatının nəzdində həyata keçirilməsi şərtilə dəstək verəcəyini açıqlayıb.

Həmçinin yoxlayın

Traxtur klubunun Sahibi İranda rasizm kəskin tənqid etdi- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın irqçi dairələri və fars irqçilərinə xitabən müsahibə …

Təbrizdə şirniyyat daşıyan sürücülər tətil keçiriblər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbriz şəhərində “Şirin Əsəl” Qida Sənaye Qrupunun …

Bir cavab yazın