Cümə , Yanvar 21 2022
azfa

Çin hökumətinin uyğur türklərini sıxışdırması ilə bağlı yeni sənədlər üzə çıxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin hökumətinin Şərqi Türküstanda uyğur türklərinə qarşı həyata keçirilən represiya, cəmiyyətin nəzarətə alınması tapşırığı, habelə kütləvi həbslər və cəzalandırma tədbirləri ilə bağlı gizli sənədlər ifşa olunub.

Bu sənədlərdən bəziləri birbaşa uyğur türklərininin və Şərqi Türküstanda yaşayan digər etnik xalqların sıxışdırılması ilə bağlı Çin rəhbərlərinin 2014-cü ilə aid bir sıra çıxışlarını əhatə edir.

Eyni zamanda bu sənədlərdən üçü Çin prezidenti Xi Cin Pinqin 2014-cü ilin aprel ayında əmniyət, uyğur türklərinə nəzarət edilməsi və onların cəzalandırılması ilə bağlı çıxışlarına aiddir.

Bu sənədlərin bəziləri son dərəcə məxfidir. Sənədlər Britaniyada yerləşən müstəqil xalq məhkəməsi olan Uyğur Məhkəməsində ifşa olunub.

Sözügedən sənədlərdə Çin Kommunist Partiyasının ən yüksək səviyyəli rəhbərliyi uyğurların demoqrafik tərkibini Şərqi Türküstanda hakim xalq olan “Han” xalqının xeyrinə dəyişmək üçün uyğurların yenidən hazırlanması və yerləşdirilməsini tələb edir.

Məhkəmənin sənədləri təsdiq etməsini istədiyi alman tədqiqatçı Adrian Zənz qeyd edib ki, bu sənədlər olduqca mühüm və gizli sənədlərdir. Belə ki, sözügedən sənədlər 2014-cü ildə və ondan sonra Çin rəhbərliyi arasında Şərqi Türküstanda başverənlər, o cümlədən kütləvi həbslər, hazırlıq düşərgələrində əsarətdə saxlama, Han xalqlarını etnik uyğurlar arasında artırmaqla əhalinin etnik tərkibini dəyişdirmək kimi bir sıra əlaqələrini və məkirli davranışlarını əhatə edir.

Həmçinin yoxlayın

İranla Ermənistan sərhəddə yarmarka açırlar

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Araz Azad İqtisadi Zonası Təşkilatının İdarə …

İran rejimi Təbriz metrosunun aldığı qatarı Şiraz metrosuna verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycana qarşı müstəmləkə və ayrıseçkilik …