Cümə , Fevral 13 2026
azfa

Çin müsəlman türklərə zülmü daha kəskin xarakter aldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çində müsəlman türklərə “halal” sözü qadağan edilib.

Hətta Çinin paytaxtı Pekində də müsəlmanlara aid restoran və mağazalara islam simvollarının yerləşdirilməsi qadağan edilib.

Bu məlumatı “Röyter” agentliyi yayıb. Məlumata görə, müsəlman restoranlarında özəlliklə ərəb dilində “halal” sözünün yazılışı qadağan edilib. Agentliyə danışan restoran menecerləri Pekin administrasiyasının əməkdaşlarının bu addımı ölkədə xarici mədəniyyətin yayılmasına imkan verməmək üçün atdıqlarını deyiblər.

Qeyd edək ki, Çində dinlərə, xüsusilə də islam və xristianlığa qarşı güclü təzyiqlər mövcuddur. Vəziyyət o həddə çatıb ki, hətta ölkədə məscidlərin günbəzlərinin Çin mədəniyyətinə uyğun formada tikilməsi ilə bağlı hökumət müsəlmanlara təzyiqlər edir.

Həmçinin yoxlayın

Qəzvində 17 yaşlı şagird Sarina Rzayi və anası Zəhra Türkməni saxlanılıb

GADTB: Qəzvin şəhərində yaşayan, 11-ci sinif şagirdi olan 17 yaşlı Sarina Rzayi 1404-cü ilin dey …

Rafael Qrossi İranın 60 faiz zənginləşdirilmiş uranı ilə bağlı açıq xəbərdarlıq etdi

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi son açıqlamalarında İran İslam Respublikasına …

Bir cavab yazın