Cümə axşamı , İyul 25 2024
azfa

Çin rejimi uyğur qızları zorla çinlilərə ərə verdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin kommunist rejimi uyğur türklərini bir millət kimi soyqırıma məruz qoyub məhv etmək üçün müxtəlif yollardan istifadə edir. Həmin zorakı üsullardan biri də Doğu Türküstanda uyğur qızların zorla çinli kişilərə ərə verilməsidir.

Türkiyədə Uyğur Akademisinin İcra Qrupunun rəisi Əbdül Həmid Karahan çinlilərin uyğurlara qarşı təzyiqlərindən danışıb.

O, “Doğu Türküstanda oluşan olaylar” adlı onlayn toplantıda uyğur qəzları zorla çinlilərə ərə verilməsini ifşa edib.

Doktor Əbdül Həmid Karahan bildirib ki, çinlilər uyğur ailələrinə basqı və işgəncələr edirlər. Nəticədə ailələr qızlarını çinlililərlə evləndirməyə məcbur olurlar.

Açıqlamaya görə, Çində uyğurlara qarşı basqılar hələ də davam etdirilir. Onların mədəniyyət, adət və inanclarına müdaxilə edilir.

Türkiyədə Uyğur Akademisinin İcra Qrupunun rəisi həmçinin qeyd edib ki, polis və ordu qüvvələrindən öz adət-ənənəsini qoruyub saxlamaq istəyən uyğurlara qarşı istifadə olunur.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fıalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan milli fəal …

İran Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla bu təcavüzkar ölkəni silahlandırmaq üçün 500 …