Cümə axşamı , Aprel 24 2025
azfa

Çindən raket yanacağı daşımaqda şübhəli bilinən gəmi Bəndər Abbas limanına yan alıb

GADTB: “Newsweek” nəşri “Maritime Executive” saytına istinadən xəbər verib ki, İslam Respublikasının raket proqramı ilə bağlı yükləri daşımaqda ittiham olunan “Jiran” yük gəmisi Çindən çıxdıqdan sonra İran sularına daxil olub və Bəndər Abbasda dayanıb.

Gəmi ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısındadır və İran gəmiçilik şirkətinə məxsusdur.

Fevral ayında Financial Times xəbər vermişdi ki, “Jiran” “Golban” adlı başqa bir gəmi ilə birlikdə min tondan çox natrium perkloratı Çindən İrana daşıyırdı. (Bu kimyəvi maddə bərk raket yanacağının istehsalında istifadə olunur.)/ Azad Iran

Həmçinin yoxlayın

Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır

GADYB: Qərbi Azərbaycan İcması Ermənistanın dağıdıcı addımları ilə bağlı bəyanat yayıb:  Bəyanatda deyilir ki, bu …

Ermənistan terror təşkilatına 235 milyon ayırdı

GADTB: Ermənistan hökuməti fəaliyyətinin davamlılığını təmin etmək üçün “Yerkrapa” Könüllülər İttifaqına (terror təşkilatı) 234 milyon …