Çərşənbə axşamı , İyul 8 2025
azfa

Çinin icad edib dünyaya yaydığı COVID-19-un mənşəini araşdıran ÜST tədqiqatçılarını ölkəyə buraxmır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin hakimiyyəti COVİD-19-un mənşəyini öyrənmək məqsədilə bu ölkəyə səfər etmək istəyən ÜST ekspertləri üçün lazımi icazə sənədlərini hələ hazırlamayıb.

Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

“Bu gün bizə məlumat verildi ki, Çin hakimiyyəti komandanın səfəri üçün lazım olan icazə sənədlərini hazırlamayıb. Mən çox narahatam. Qrupun artıq 2 üzvü yola çıxıb, digərləri isə son dəqiqədə getməkdən imtina edib”, – deyə ÜST rəhbəri bildirib.

Qeyd edək ki, artıq Çinin qəsdən 2015-ci ildə yeni növ koronavirusu icad etməsi və həmin virusun da dünyada yayılmasında planlı şəkildə məlumatları gizlətməsi faktlarla sübut edilib. İndi isə Çin koronavirusu icad etməsi barədə konkret məlumatların ÜST tədqiqatçılarının əlinə keçməməsi üçün onları ölkəyə buraxmır.

Həmçinin yoxlayın

İsrailin İrana hücumunda ölənlərin sayı 1060-ı keçdi

GADTB: İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb. Bu barədə İranın …

Washington Post: “Evin zindanından İsrailə qarşı kəşfiyyat əməliyyatları üçün istifadə edilirdi”

GADTB: Amerika mənbələri, o cümlədən Washington Post qəzeti Tehrandakı Evin həbsxanasının İslam Respublikasının İsrailə qarşı …