Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Çinin Şərqi türküstanda törətdiyi soyqırım

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, qədim türk yurdu Şərqi Türküstanda uyğur türklərinin etnik kimliyinə qarşı insanlıq dramı, soyqırım, fiziki və mənəvi zorakılıq ən acınacaqlı formada davam edir. Uyğur türkləri düşərgələrdə fiziki, mənəvi işgəncələrə məruz qalır, çinli kişilər uyğur qızlarına təcavüz edirlər.

Heç bir hüquqi, əxlaqi ölçülərə sığmayan Çin imperialist siyasətinə heç bir dövlət, beynəlxalq təşkilat etiraz etmir. Əksər dövlətlər, o cümlədən, dünyaya radikal islam ixrac etməklə məşğul olan və özünü müsəlman dövləti sayan Səudiyyə Ərəbistanı bu məsələləri Çin dövlətinin daxili işi hesab edir.

Lakin beynəlxalq hüququn hamılıqla qəbul etdiyi prinsiplərə görə, insan hüquqları heç bir dövlətin daxili işi hesab edilə bilməz. Dünyada müsəlman-türk kimliyinə münasibətdə bu prinsiplərin ikili standartlarla əvəz edilməsi kimi acı nümunə uyğur türklərinin də taleyinə yazılıb. Təəssüf ki, son dönəmlər Çin həbsxanalarında şəhid olan uyğur türklərinin azman kişilərinin ölüm xəbərləri belə türk dünyasına təsirsiz ötüşür.

Bir müddət əvvəl ünlü uyğur ozanı Abdurəhim Heyitin ölüm xəbəri türk dünyasını sarsıtdı. Bu səbəbdən bir neçə gündən sonra ünlü ozanın Çin həbsxanasından sağ olması ilə bağlı video müraciətini yaymaq zorunda qaldılar. Lakin A. Heyitin ölüm xəbəri yanlış olsa da, daha acınacaqlı gerçəklə üz-üzə qaldıq – böyük alim Məhəmməd Saleh Hacim həbsxanada şəhid oldu.

Qurani-Kərimi uyğur türkcəsinə çevirən islam alimi Məhəmməd Saleh Hacim kimdir?

1936-cı ildə Şərqi Türküstanın Artuş şəhərində anadan olan Məhəmməd Saleh Hacim kiçik yaşlarında ərəb-fars dillərini mənimsəyib, 11 yaşın ikən Quran hafizi olub. Onun mükəmməl bir din alimi kimi yetişməsində bölgədə şair və böyük din alimi kimi nüfuz sahibi olan atası Saleh Hacimin rolu olub. Məhəmməd Saleh Hacim Qurani-Kərimi uyğur türkcəsinə çevirən ilk islam alimi kimi şərəfli bir ünvanı da daşıyıb. 3 il öncə heç bir səbəb olmadan Çin polisi tərəfindən həbs edilən böyük islam alimi bu günlərdə 82 yaşında Çin həbsxanasında şəhid olub.

 

 

Həmçinin yoxlayın

Molla rejimi Bosniyada müsəlmanların başlarına gələnlər soyqırımı saymır

GADTB: İranın Belqraddakı səfiri Rəşid Həsənpur telekanala müsahibəsində deyib: “Bosniyada müsəlmanların başlarına gələnlər cinayət əməli …

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının …

Bir cavab yazın