Çinin zülmünə məruz qalan uyğur türkləri İstanbulda Pekin Qış Olimpiya Oyunlarına etiraz edirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çinin İstanbuldakı Baş Konsulluğu yaxınlığında toplaşan bir qrup insan fevralın 4-də Çinin paytaxtı Pekində start götürən 2022 Qış Olimpiya Oyunlarına etiraz edib.

Şərqi Türküstan QHT-ləri Beynəlxalq Birliyinin təşkil etdiyi aksiyada 400-ə yaxın insan iştirak edib. Əllərində Şərqi Türküstan bayraqları tutan fəallar Şərqi Türküstanda insan haqları pozuntularına görə Çinin Olimpiada keçirməsinə qarşı şüarlar səsləndiriblər.

Kütlənin bir hissəsinin konsulluq önünə keçmək istəməsi ilə başlayan gərginlik polisin müdaxiləsi ilə qısa müddətdə başa çatıb.

“Biz bəşəriyyəti Pekin 2022 Qış Olimpiya Oyunlarını boykot etməyə çağırırıq” – deyə, birlik sədri Hidayət Oğuzxan qrup adından verdiyi açıqlamada bütün bəşəriyyəti Şərqi Türküstanda yox olmaq təhlükəsi ilə üzləşən insanları xilas etmək üçün hərəkətə keçməyə çağırıb.

Aksiyaya qatılan Abdullah Yalkun sülh və azadlığın simvolu olan Olimpiya Oyunlarının bu gün Pekində başlamasından çox məyus olduqlarını dilə gətirib.

“Olimpiada bu gün başlayır. Biz Çində keçirilən bu Olimpiadaya etiraz edirik. Çin uyğurlara qarşı soyqırım edir, müsəlmanlara yox. Ümid edirəm ki, biz burada öz səsimizi dünyaya çatdıra bilərik. Biz istəyirik ki, dünya xalqları ədaləti müdafiə etsinlər” – deyə, bütün qohumlarının Şərqi Türküstanda olduğunu və uzun müddətdir onlardan xəbər almadığını bildirən uyğur türkü Emin Yakuf bildirib.

ABŞ, Kanada, Avstraliya və Böyük Britaniya bu gün Çinin paytaxtı Pekində başlayan Pekin Qış Olimpiya Oyunlarını diplomatik boykot etmək qərarına gəlib. Qərarın səbəbi kimi Çin hökumətinin Sincandakı uyğurlara və digər azlıqların hüquqlarını pozması göstərilir.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …