Cümə axşamı , İyul 25 2024
azfa

Co Baydenin qəsdən göz yumması ilə İran atom bombası hazırlamaqda

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Co Baydenin qəsdən məsələyə göz yumması ilə İranın nüvə bombası hazırlamağa çalışması Avropa təsisatlarının da diqqətindən qaçmayıb.

Qərb diplomatları İranla 2015-ci il atom anlaşmasını bərpa etməl üçün bütün səylərini göstərdikləri vaxtda, Avropanın təsisatları İran rejiminin atom bombası əldə etməyə çalışdığını bildirirlər.

“Politico”ya görə, Avropa ölkələrinin əmniyət qurumlarının İranın atom layihə ilə bağlı topladığı bilgilər çox ciddi və uyarıcıdır. Hətta Avropa Birliyi Amerikanı atom anlaşmasına qaytarmaq istədiyi bir halda belə, Avropanın əmniyət qurumlarından gələn məlumatlar göstərir ki, 2020-ci ildə Tehran atom silahı və ya başqa kütləvi (toplu) qırğın silahlarının ürətim teknologiyasını əldə etməyə çalışıb.

İsveçin əmniyət servisinin bu yaxınlarda bildirdiyinə görə, İran rejimi bu ölkədə sənaye casusluğunu davam etdirir və bu da əsasən Suedin qabaqcıl sənayelərinə və Sued məhsullarına qarşı yönəlib, hansı ki, atom silahının ürətimi proqramlarında istifadə edilə bilər. İsveçin yaydığı rapora görə, İran rejimi bu alana böyük sərmayə yatırıb və bu sərmayənin böyük bir qismi Sueddə həyata keçirilib.

Hollandiyanın Təhlükəsizlik və Ümumi Əmniyət Orqanının da verdiyi məlumata əsasən, İran rejimi bu ölkədə atom silahları və çox güman ki, başqa toplu qırğın silahları üçün texnologiyanı əldə etməyə çalışır.

Beləliklə, Almaniyanın təhlükəsizlik qurumlarından gələn məlumatlar da göstərir ki, Tehran 2020-ci ildə Alman torpaqlarında toplu qırğın silahları teknologiyasını əldə etməyə çalışıb  və buna nail olmaq üçün qanunsuz yöntəmlərdən istifadə edib.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı milli fıalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, hazırda Tehranın Evin zindanında həbsdə saxlanılan milli fəal …

İran Ermənistanla 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran Ermənistanla bu təcavüzkar ölkəni silahlandırmaq üçün 500 …