Çox sayda azərbaycanlı fəal həbs edilən azərbaycanlı fəallara azadlıq tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəalları, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbuslara azadlıq tələb ediblər.

Bu məqsədlə irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəalların yaxınları, xaricdə yaşayan siyasi və hüquq müdafiəçiləri videomüraciətlər yayaraq, həbsdə olan milli və vətəndaş cəmiyyəti fəallarının qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

Azərbaycanlı fəallar video çəkərək təqiblərə məruz qalan və zindanlarda saxlanılan azərbaycanlı soydaşlarının azad olunmalarını tələb ediblər.

Onlar siyasi məhbusların adlarını çəkərək, onlara dəstəklərini nümayiş etdirir və insanları məhbusların səsi olmağa çağırırlar.

Qeyd edək ki, irqçi fars-molla rejimi çox sayda azərbaycanlı fəalı həbs edib və onları hər bir hüququndan məhrum edib.

Həmçinin yoxlayın

İran İsraildən intiqam əvəzinə bir yəhudi milyarderin gəmisini ələ keçirdi

GADTB: İran Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən gəmini ələ keçirməkdə ittiham olunur. Bu barədə …

Şorabil gölündə çirklənmə nəticəsində balıqlar məhv olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, baxımsızlıq nəticəsində Ərdəbilin Şorabil gölünün çirklənmə və ekoloji …