Bazar ertəsi , Mart 1 2021
azfa

Çox sayda azərbaycanlı siyasi məhbus Yusif Kariyə dəstək məqsədilə aclıq aksiyasına qoşuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildəki zindanında təzyiq və təhqirlərə görə aclıq aksiyası keçirib, zindanın klinikasına köçürülən azərbaycanlı siyasi məhbus Yusif Kariyə dəstək məqsədilə çox sayda azərbaycanlı siyasi məhbus aclıq aksiyasına qoşulub.

Ərdəbil zindanında azərbaycanlı siyasi məhbus Abbas Lisaninin aclıq aksiyasına qoşulandan sonra Ərdəbil zindanında Vasiqi qardaşları da dəstək məqsədilə aclıq aksiyasına qoşulurlar.

Eyni zamanda Tehranın Evin zindanında həbsdə olan azərbaycanlı siyasi məhbus Siyamək Mirzai aclıq aksiyasına qoşulub. Onun ardınca isə Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbuslar Behnam Şeyxi, Tohid Əmirəmini və Kiyanuş Aslani bu gün səhər saatlarında ailələri ilə ayrı ayrılıqda telefon danışıqlarında yanvarın 21-dən Yusif Kariyə dəstək məqsədilə aclıq aksiyasına başlayacaqlarını bildiriblər.

Qeyd edək ki, irqçi fars rejimin Ərdəbil zindanında həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Yusif Kari zindanın nəzarətçisi Sepehrinin təhqirlərinə etiraz etdiyi üçün 8-ci karantin bölməsinə köçürülüb.

Yanvarın 13-də Yusif Kari tibbi məzuniyyət istədiyi üçün zindan rəsmisi Sepehri onu öz kabinetinə çağırıb, həmin fəala və başqa siyasi məhbuslara qarşı nalayiq ifadələr işlədib. Bu məsələyə və özünün karantin bölməsinə köçürülməsinə etiraz olaraq azərbaycanlı milli-mədəni fəal zindanda hüquqlarının təmin edilməsi istəyi ilə yanvarın ayının 13-dən aclıq aksiyasına başlayıb.

Daha sonra Yusif Kari Ərdəbil zindanının məsullarına xəbərdarlıq edərək bildirmişdi ki, ayın 16-a kimi karantin bölməsindən öz bölməsinə qaytarılmayacağı halda başlatdığı aclıq aksiyasını quru aclıq aksiyası ilə dəyişəcək. Artıq Yusif Kari quru aclıq aksiyasına keçib.

Həmçinin yoxlayın

Səfəvi imperiyasının “Hindistan əyalətləri”

GADTB: Azərbaycan mədəniyyəti və nüfuzu öz sərhədlərini aşaraq hüdudlarından kənara yayılmışdı. Mərkəzi Hindistanda Azərbaycandan gələn …

Rusların müdafiə sistemləri “Bayraqdar”ı dayandıra bilmədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiyanın radioelektron mübarizə sistemləri (REM) bir saat belə, …