Bazar , Oktyabr 18 2026
azfa

Culfadan Qəzvinə və Həmədana qədər bütün Azərbaycan şəhərlərində molla rejiminin qarşı etirazları keçirilidi

GADTB: Dünən Güney Azərbaycanın bəzi şəhərlərində – Culfadan Qəzvin və Həmədan, Təbriz, Zəncan və Ərdəbilə qədər müəllim və öyrəncilər son həftələrdə universitet şəhərciyində və ümumi təhsil binası qarşısında öyrənci və məktəblilərin molla rejiminin kimyəvi terroru nəticəsinə zəhərlənmələrə etiraz ediblər.

Etiraz edən müəllimlər məktəbli və tələbələrin sağlamlığının bizim qırmızı xəttimiz olduğunu bəyan edərək, qızların məktəb və universitetlərinə hücumun günahkarlarının tezliklə müəyyən edilərək mühakimə olunmasını tələb ediblər.

Bununla əlaqədar olaraq Azərbaycanın müxtəlif şəhərlərinin, o cümlədən Qəzvin, Həmədan, Zəncan, Colfa və Ərdəbilin mədəniyyət işçiləri öz ittifaq tələblərini, o cümlədən hüquq və imtiyazların bərabərləşdirilməməsi ilə bağlı tələblərini irəli sürüb və rejimin dağıdıcı siyasəti nəticəsində yaranan işsizlik və bahalığa etiraz ediblər.

Həmçinin Təbriz Tibb Elmləri Universitetinin tələbələri universitet şəhərciyinə toplaşaraq məktəblərə və universitetlərə kimyəvi hücumu pisləyib və rejimə qarşı şüarlar səsləndiriblər.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …