Çərşənbə axşamı , İyun 22 2021
azfa

Dədə Qorqud kitabı, Türkmən Səhra (və ya Qızılbaşlı rəvayəti) nüsxəsi

GADTB: Vəli Məhəmməd Xoca: “Üçüncü Dədə Qorqud nüsxəsi, Qacar xanədanının mirasıdır!”

Mən Dədə Qorqud kitabının yeni nüsxəsini təsadüfən, Tehranın İnqilab meydanında bir kitab mağazasında olanda tapdım. Kitabçı mənə dedi ki özü Qacardır, və bu kitab Ağa Məhəmməd Şah Qacarın kitabxanasından bizə çatıbdır və 40 ildir ki bu kitabı bizim ailəmiz saxlayır.

Bu kitabı İran və Türkiyə Türkologiya akademiyalarına göstərdim, Anqara universitetində başa düşdüm ki bu Qacarlı Dədə Qorqud kitabı, bu şah əsərin əsalətli, yeni və yeganə nüsxəsidir. Əlyazmaları Nəstə’liq xəttatlığı ilə o qədər gözəl və dəqiq yazılıb ki, çoxları belə sanırdı ki bu kitab əlyazma yox bəlkə çap olunmuşdur, hər səhifəsinin haşiyələri qızıldandır.

Kitabın keyfiyyəti bunu göstərir ki həm onun xəttatı çox məharətli imiş, həm də onun yiyəsi çox dövlətli bir şəxs idi. Kitab 62 səhifədir, onun ilk iki səhifəsi itirilib bunun üçün də xəttatın adı, və yazılma tarixi məlum deyil. Anqarada bilindi ki bu kitab Səfəvilərin son hökumət illəri ya da Qacarların ilk hökumət illərində və Azərbaycan dilinin şivəsində yazılıb. Bu nüsxənin məxsus özəlliklərindən biri də fərqli coğrafiya adların qeyd edilməsidir ki ümumən də Azərbaycan nahiyələrinin adlarıdır və Zəncan, Həmədan, Gilan, İsfahan, Dərbənd və s. əhatə edir.

Kitabda Drezden və Vatikan nüsxələrindən, 2 boy (dastan) və 24 soy (şeir) artıq yazılıbdır. Üç-min sözlüklü lüğəti bu kitabdan tapmaq olar.

Vəli Məhəmməd Xoca (İran Türkmən araşdırmaçısı) Anadolu xəbər agentliyi ilə 3-cü Dədə Qorqud nüsxəsinin tapdığı haqqında müsahibəsi.

Həmçinin yoxlayın

Tikantəpədə kürdlərin xeyirinə seçkilərin saxtalaşdırılması əhalini qəzəbləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tikantəpədə mühacir kürdlərin deputatının kürdlərin xeyrinə seçkini saxtalaşdırması …

BMT-nin qarşısında erməni minalarının partlamasında həyatını itirən azərbaycanlı jurnalistlər yad edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Azərbaycan …