Cümə axşamı , Aprel 24 2025
azfa

Daily Mail: “İran Britaniya-ABŞ bazalarına hücum etsə, SEPAH məhv ediləcək”

GADTB: “Daily Mail” qəzeti xəbər verir ki, Tehran son günlərdə ABŞ-nin İrana hücumlarının qarşısını almaq üçün Dieqo Qarsiya adasındakı Britaniya-Amerika bazalarına qabaqlayıcı zərbələr endirəcəyini bildirib.

Britaniya hərbi kəşfiyyatının sabiq rəhbəri Filip İnqram İranın Dieqo Qarsiya adasına istənilən hücumun Yaxın Şərqdə müharibəyə səbəb olacağı barədə xəbərdarlıq edib, eyni zamanda İranın təhdidlərinin çox güman ki, reallığı əks etdirmədiyini də vurğulayıb.

O əlavə edib ki, bu hücum baş verərsə, İsrail çox güman ki, ABŞ-la yanaşı hərəkət edəcək və İran ərazisinə cavab hücumları ilə hərbi obyektlərini hədəfə alacaq. Britaniya rəsmisinin sözlərinə görə, Tehran nəzəri olaraq, Dieqo Qarsiyaya hücum etmək qabiliyyətinə malikdir, ancaq ABŞ bunun qarşılığında bütün SEPAH-ı məhv etməklə cavab verəcək. /Azad İran

Həmçinin yoxlayın

Rubio: “İranın uranı zənginləşdirmək icazəsi olmayacaq”

Marko Rubio “The Free Press” podkastına müsahibəsində deyib ki, İran dinc nüvə proqramına malik ola …

Ermənistan barışığa xidmət edən addımlarımıza qarşı çıxır

GADYB: Qərbi Azərbaycan İcması Ermənistanın dağıdıcı addımları ilə bağlı bəyanat yayıb:  Bəyanatda deyilir ki, bu …