Şənbə , Dekabr 14 2024
azfa

Daşnakların liderindən ermənilərin türklərə qarşı terror törətmələrinə etiraflar

GADTB: Ovannes Kacaznuni (1868-1938) — memar, 20-ci əsrin əvvəllərindəki erməni milli hərəkatının lideri, Daşnaksütyun partiyasının üzvü, Ermənistan Respublikasının ilk Baş naziri (1918-1919). 1918 — Zaqafqaziya Seyminə girdi, Trebizond və Batumda Türkiyə ilə danışıqlarda Ermənistanı təmsil etdi; İyunun 4-də A.Xatisovla birlikdə Ermənistan Respublikası adından Batum müqaviləsini imzaladı.

Bu yaxınlarda ermənilər daha bir «kədərli günü» (24 aprel) arxada qoydular. Saxtakarlıq, yalan və iftiralar üzrə dünya brendi hesab edilən haylar hər il olduğu 1915 –ci il hadisələrindən yenə şou düzəldərək dünyanın diqqətini yenə “məzlum”, “əzabkeş” erməni xalqına yönəltməyə çalışırlar və bu günlərdə, hər il olduğu kimi erməni təbliğat maşını 1915-ci ildə Osmanlı İmperiyasında planetin «ən qədim» tayfasının kütləvi şəkildə məhv edilməsinə dair yeni «təkzibedilməz dəlillər» tapırlar. Ancaq biz artıq buna öyrəşmişik. Başqa bir məsələ diqqətçəkəndir, niyə: Ermənistanın ilk baş naziri və Daşnaksütyun partiyasının qurucularından və liderlərindən biri Ovannes Kaçaznuni niyə öz vətənində unutdurulur? Həqiqətən də, erməni dairələrində onun şəxsindən bəhs etməməyə çalışırlar: keçən əsrin üçüncü onilliyindəki ifadələrinə, düşüncələrinə, onun siyasi fəaliyyətinə toxunulmayan bir qadağa tətbiq edilmişdir.

Cavab sadədir. Fakt budur ki, Kaçaznuninin «erməni soyqırımı» ilə bağlı mövqeyi rəsmi Ermənistanın və diasporanın bu bədnam məsələ ilə bağlı hazırkı siyasi kursuna ziddir. Kaçaznuni, necə deyərlər, 1923-cü ilin əvvəlində “isti izlərlə” uydurma erməni iddialarını amansızcasına ifşa etmiş və bununla da indiki, müasir erməniliyin qəzəbinə tuş gəlmişdir.

Onun 1923-cü il mart tarixli məşhur “Daşnaksütyun” artıq edəcəyi bir iş yoxdur” hesabatına müraciət etsək, müasir ermənilər tərəfindən onun niyə xoşlanmadığının şahidi olarıq. Onu da qeyd edək ki, Kaçaznuni hec də sıravi bir erməni siyasiətçisi olmamışdır.

Özünüz üçün mühakimə edin. Dünya tarixinin ən qanlı partiyalarından birinin qurucusu və lideri, 1914-cü ildən bəri bütün bu tarixi hadisələrin birbaşa iştirakçısı idi. O, eyni zamanda 30 May 1918 — 28 May 1919-ci illər arasında Daşnak Ermənistanının ilk Baş Naziri olmuşdur. Yəni o zaman, ermənilərin böyük bir coğrafiyada törətdikləri qanlı hadisələrin, cinayətlərin içində və iştirakçısı olmşdur.

Saxta «soyqırıma» məruz qaldığını iddia edən erməni daşnakların bütün uydurma-yalanlarını təkzib edən ermənilərin ilk Baş Nazirinin O.Kaçaznuninin hesabatından bir sıra maraqlı hissələri təqdim edirik:

Biz sülhün qarşısını aldıq

“Əməliyyata qatıldıq. 1914-cü ilin payızında, Türkiyə hələ döyüşən tərəflərdən birinə qoşulmadığında, Cənubi Qafqazda böyük səs-küylə və enerjili bir şəkildə erməni könüllü qoşunları yaradılmağa başlandı. Sadəcə bir neçə həftə ərzində erməni inqilabçı Daşnaksütyun Partiyası həm bu birliklərin yaradılmasında, həm də Türkiyəyə qarşı apardıqları hərbi əməliyyatlarda fəal iştirak etdi.

Biz sülhün qarşısını aldıq, türklərə qarşı üsyan qaldırdıq. Barışı sabotaj etmək üçün mübarizə belə aparmışıq. Artıq hamımız türklərin düşməni olan Antanta güclərinin düşərgəsində idik.

Türkiyədən «Dənizdən dənizə Ermənistan» tələb etməkdə idik. Müttəfiq dövlətlərin ordularını Türkiyəyə göndərmələri və suverenliyimizi təmin etmələri üçün Avropa və Amerikaya rəsmi çağırışlar etdik. Nəhayət, mövcud olduğumuz müddətdə Türklərlə davamlı olaraq mübarizə apardıq. Öldük və öldürdük. Artıq bundan sonra türklərə nə etibar aşılaya bilərik?

Heç bir zaman dövlət ola bilmədik

Həqiqətləri görə bilmədiyimiz hərbi əməliyyatlarda iştirak etdik. Aldadıldıq və Rusiyaya birləşdirildik. Yerdəyişdirmə doğru və lazımlı idi. Faktları görə bilmədik, hadisələrin səbəbkarı bizik. Türklərin milli mübarizəsi haqlıydı. Barışı rədd etdiyimiz və silahlanmağımız böyük bir səhv idi. Türklərə qarşı ayağa qalxdıq, üsyan etdik və vuruşduq. Sevr razılaşması gözümüzü kor etmişdi. Üsyanımızın təməlində müttəfiq dövlətlərin bizə vəd etdiyi «Böyük Ermənistan» xəyalı var idi. Ancaq heç bir zaman dövlət ola bilmədik. «Türkiyə Ermənistanı» adlanan bir dövlətin xəyaldan başqa bir şey olmadığını görə bilmədik. Ağlımız dumanlı idi, biz ermənilər qeyd-şərtsiz Rusiyaya yönəlmişdik. Heç bir əsas olmadan qələbə havasında idik. Sədaqətimizin, işimizin və köməyimizin qarşılığında Çar hökumətinin bizə Ermənistanın müstəqilliyini hədiyyə edəcəyinə əmin idik. Həqiqətləri anlaya bilmədik və məsuliyyət daşıyan insanların sözlərinə böyük əhəmiyyət verərək, öz istəklərimizi başqalarına mənimsədərək özümüzə etdiyimiz hipnozun təsiri ilə xəyallara qapıldıq.

Biz ermənilər qəzəb və qorxu içində “cinayətkarlar” axtarırdıq

1915-ci ilin yay və payız aylarında Türkiyə erməniləri məcburi şəkildə deportasiya edildi, türklər bunu çox yaxşı etdilər. Türklər nə etdiklərini bildilər və bu gün peşman olacaq bir şey yoxdur. Bu metod ən dəqiq və uyğun idi. Biz ermənilər qəzəb və qorxu içində «cinayətkarlar» axtarırdıq

və bu cinayətkarı Rusiya hökuməti və onun xain siyasəti olaraq təyin etdik. Siyasi cəhətdən yetişməmiş və balanssız bir təhrifdə biz bir ucdan digərinə sovrulmaqdaydıq.

Rusiya hökumətinə olan inamımız dünən nə qədər kor-koranə və əsassızdısa, bu gün də o qədər kor-koranə və əsassızdır. Siyasi partiya (Daşnaksütyun) olaraq biz məsələmizin rusları maraqlandırmadığını və onların lazım olanda cəsarətimizi çeynəyərək keçib gedə bilərcəklərini unutduq.

Bu, böyük bir səhv idi

Biz barış təklifini rədd etdik. 1918-ci ildə imperialistlərə qarşı apardıqları müharibədə məğlub olan türklər müqavimət göstərdilər və iki il içərisində təkrar özlərinə gəldilər. Yeni gənc və millətçi duyğularla hərəkət edən bir nəsil ortaya çıxaraq, Anadoluda öz ordusunu yenidən təşkil etməyə başladı. Türkiyədə milli şüur və özlərini müdafiə hissi oyanmışdı. Gələcəklərini heç olmasa Kiçik Asiyadan təmin etmək üçün Sevr müqaviləsinə hərbi güclə qarşı qoymaq məcburiyyətində idilər. Bizim bu dönəmdə sülhü rədd etməyimiz və silahlanmağımız böyük səhv idi. Tezliklə sərhədlərimizdə hərbi əməliyyatlar başlayanda türklər bizimlə görüşməyi və danışıqlara başlamağı təklif etdilər. Onların təklifini rədd etdik. Bu, böyük bir səhv idi. Həm də bu, danışıqların mütləq uğurlu olacağı demək deyildi, lakin bu danışıqlarda sülh yolu ilə nəticələnmə ehtimalı var idi.

Bütün dünya asanlıqla bizi aldatdı

Hər kəs bizi aldadıb. Taledən şikayətlənmək və fəlakətlərimizin səbəblərini özümüzdən kənarda axtarmaq kədərlidir. Bu, bizim (xəstə) milli psixologiyamızın səciyyəvi xüsusiyyətidir və Daşnaksütyun Partiyası bundan qaça bilmədi. Sanki «uzaqgörənliyimiz» bir qəhrəmanlıq idi, çünki istəyən hər kəs — fransızlar, ingilislər, amerikalılar, gürcülər və bolşeviklər, bir sözlə, bütün dünya asanlıqla bizi aldatdı və xəyanət etdilər. Lakin biz sadəlövhcəsinə bu müharibənin ermənilər üçün başladıldığına inandırılmışdıq».

Qurban Vahidov

Tədqiqatçı analitik

Həmçinin yoxlayın

Türkiyənin Suriyadakı səfirliyi açıldı

GADTB: Türkiyənin Suriyadakı səfirliyi 12 il 9 aya yaxın müddətdən sonra rəsmən fəaliyyətini bərpa edib. …

İranın zəifləməsinin açarı Türkiyədir

GADTB:  “Türkiyə İranın zəiflədilməsi və Ukraynadakı müharibənin başa çatdırılması üçün açardır”. Bunu ABŞ-ın BMT-dəki keçmiş …