
GADTB: Ermənistan parlamentindəki “Daşnaksütyun” nümayəndəsi Armen Rüstəmyan mətbuat konfransında bildirib ki, “Ermənistan Rusiya ilə strateji müttəfiqlik münasibətlərini gücləndirməli və İranla hərbi-siyasi ittifaq bağlamalıdır”.
Bu barədə ermənipərəst “Miran Press” Teleqram kanalı xəbər verir.
“Bu gün Zəngəzur dəhlizi adlanan dəhlizlə bağlı Türkiyə-Azərbaycan rəvayəti ilə bağlı ən açıq və aydın mövqe İrandır. Tehrana Zəngəzur dəhlizinin yaradılmasının qarşısını alınması ilə bağlı yanaşmalarını həyata keçirmək üçün siyasi və hüquqi əsaslar verilməlidir”, – deyə, Armen Rüstəmyan iddia edib./ Azad İran