
GADTB: İsrailin Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Deni Danon “Foks Nyus”a müsahibəsində bildirib ki, İsrail geniş kəşfiyyat imkanlarına malikdir və İran İslam Respublikası rəhbərlərinin harada gizləndiyini, onların fəaliyyətlərini və açıqlamalarını izləyir.
Danon xəbərdarlıq edib ki, İran İslam Respublikasının İsrailə hücumu baş verəcəyi təqdirdə, İsrailin cavabı “ağrılı” olacaq. O bildirib ki, İran İslam Respublikası rəsmiləri belə bir vəziyyətdə İsrailin onlara çatmasının cəmi bir neçə gün çəkəcəyini bilirlər.
Deni Danon deyib: “Onların bunun üçün çox ciddi səbəbləri var, çünki biz bunu tamamilə aydın şəkildə bildirmişik. İrandan hücuma məruz qaldığımız andan etibarən buna ağrılı şəkildə cavab verəcəyik. Onlar bizim çox yüksək kəşfiyyat imkanlarına malik olduğumuzu bilirlər.
Biz rəhbərlərin harada gizləndiyini bilirik. Nə etdiklərini bilirik. Nə dediklərini bilirik.
Buna görə də düşünürəm ki, onlar öz həyatlarını qorumağa əhəmiyyət verirlər. Onlar bilirlər ki, İsrailə hücum etsələr, onlara çatmağımız cəmi bir neçə gün çəkəcək.”
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi