Şənbə , İyun 13 2026
azfa

Deyli Meyl: Molla rejimi etirazçıları qətliam etməsi nəticəsində ölənlərin sayı 33 mini keçib

GADTB: Britaniyanın Daily Mail qəzetinin yaydığı məlumata görə, İranda etirazların zorakılıqla yatırılması nəticəsində ölənlərin sayı kəskin şəkildə artaraq 33 min nəfəri ötüb. Bu rəqəm əvvəlki qiymətləndirmələrlə müqayisədə təxminən iki dəfə çoxdur.

Məlumata əsasən, 28 dekabr tarixindən başlayan etirazlar zamanı ölənlərin sayı əvvəllər 16 500–18 000 arasında qiymətləndirilirdi. Lakin son hesablamalar göstərir ki, hökumət qüvvələrinin sərt müdaxiləsi nəticəsində təxminən 33 100 nəfər həyatını itirib.

Hesabatda bildirilir ki, ölənlərlə yanaşı 97 645 nəfər də yaralanıb. Almaniya–İran əsilli göz cərrahı, professor Əmir Mübariz Parəstanın araşdırmalarına görə, yaralananların təxminən 30 faizi ciddi göz zədələri alıb.

O, həmçinin qeyd edib ki, İran hakimiyyəti etirazçılara qarşı edam cəzalarından da istifadə edib. Xəstəxanalara yerləşdirilən şəxslərlə bağlı məlumatlara əsasən, təkcə Tehran şəhərində 468 nəfərin, ölkə üzrə isə 500-dən çox etirazçının edam edildiyi bildirilir.

Həmçinin yoxlayın

“Savalan qonur ayının evidir” şüarı ilə ekoloji yürüş keçirilib

GADTB: Ətraf mühit həftəsi münasibətilə Savalan dağı ətrafında “Savalanın qonur ayı tərəfdarları” adlı dağ yürüşü …

Molla rejimi Evin həbsxanasında siyasi məhbusların telefon əlaqəsinə maneə yradıb

GADTB: Evin həbsxanasından daxil olan məlumatlara görə, siyasi və vicdan məhbuslarının həbsxanadan kənarla telefon əlaqələrinə …