GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Təbrizdə keçirilən “Traxtur” – “Persepolis” futbol oyununda “Traxtur” komandasının tərəfdarları Təbrizin Səhənd stadionunda milli şüarlar səsıləndiriblər.
Onlar Urmiya gölünün qurudulmasına etiraz olaraq, “Urmu Gölü bir millətin ölüm-qalım məsələsidir” yazılı pankartı qaldırıblar.
Həmçinin oyundan öncə tərəfdarlar “Urmu gölü can verir, İran onun ölümünə fərman verir”, “Azadlıq, Ədalət, Milli Hökumət!” şüarlarını səsləndiriblər.
Azərbaycanlı tərəfdarlar həmçinin aşağıdakı şüarları səsləndiriblər:
“Biz vətən aşiqi, yoxdur Bakımız,
Azərbaycana qurbandır canımız!
Azərbaycan var olsun, istəməyən kor olsun!”
“Türk qardaşım, dur səs ver, Urmu gölünə nəfəs ver!
Ərdəbil canımdı, Təbriz axan qanımdır”.