Cümə axşamı , Oktyabr 3 2024
azfa

Dünyada azərbaycanlıların sivil etirazı erməni terroru tuş gəlir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyanın əksər ölkələrində azərbaycanlıların sivil etirazlarına ermənilər terrorla cavab verirlər.

İiyulun 24-də Nyu York şəhərində, Birləşmiş Millətlər Təşkilatının qərargahı və Ermənistanın BMT-dəki daimi nümayəndəliyinin qarşısında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı izdihamlı etiraz aksiyası keçirilib.

Nyu York Azərbaycanlıları Assosiasiyası tərəfindən təşkil edilmiş aksiyada Azərbaycan, türk diaspor təşkilatlarının nümayəndələri, Birləşmiş Ştatların müxtəlif şəhər və ştatlarında, xüsusilə Nyu York, Nyu Cersi və Vaşinqtonda yaşayan Azərbaycan icmasının fəal üzvləri iştirak ediblər.

Əllərində Azərbaycan həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər tutan, şüarlar səsləndirən yüzlərlə həmvətənimizin toplandığı qərargah binasının önündə BMT-dən Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atmaq tələb edilib.

Aksiya iştirakçıları bir neçə gün öncə Los-Ancelesdə Azərbaycanın diaspor fəallarına qarşı erməni daşnaklarının törətdiyi vandalizm və təcavüz aktlarının aidiyyətı dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb ediblər. Etiraz iştirakçıları “Ermənistan uşaq qatili”, “Ermənistan şiddəti dayandır”, “Qarabağ Azərbaycanındır”, “Terrorçu Ermənistan” şüarları səsləndirib. Ermənistan ordusunun cəbhənin Tovuzda istiqamətində həyata keçirdiyi təxribatlar zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin nümayiş etdirildiyi aksiyada Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması tələb edilib.

Əraziyə polis əməkdaşları cəlb olunub. Ermənilər həmvətənlərimiz qarşısında səssizlik nümayiş etdiriblər. İnsidentsiz başa çatan aksiyanın sonunda Azərbaycanın dövlət himni oxunub. Üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində ABŞ-ın Nyu York şəhərinin mərkəzi küçələrini, meydanları habelə Nyu Cersi ştatının ermənilərin çoxluq təşkil etdiyi məhəllələrini dolaşaraq, sakinləri Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırıblar.

Bu arada isə Rusiyada ermənilər dinc azərbaycanlıları odlu silahdan atəşə tutublar.

Bu barədə Rusiyada ermənilərin azərbaycanlılara qarşı hücumlarını əks etdirən daha bir video yayılıb. Moskvanın məhəllələrindən birində çəkildiyi bildirilən görüntünü “Vajnıy Potok” Yutub səhifəsi tirajlayıb.

Məlumata görə, ermənilər azərbaycanlılara pnevmatik tapançadan atəş açıblar. Azərbaycanlılar qaçaraq xilas olmağa çalışıblar.

Rusiyada ermənilərin azərbaycanlılara qarşı hücumları son iki gündə pik həddə çatıb. Az öncə ermənilərin azərbaycanlıların kafesini dağıtdığı və bazarda qarpız satan azərbaycanlıya hücum edərək, ona ciddi xəsarət yetirdiyini əks etdirən video yayılmışdı.

Həmçinin yoxlayın

Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ili tamam oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bu gün Türk Dövlətləri Təşkilatının yaradılmasının 15-ci ili …

G7 ölkələri İranın İsrailə hücumunu kəskin şəkildə pisləyib

GADTB: G7 ölkələri İranın İsrailə hücumunu şiddətlə qınadıqlarını bəyan ediblər. ABŞ, Almaniya, Fransa, Kanada, İngiltərə, …

Bir cavab yazın