Çərşənbə axşamı , Noyabr 18 2025
azfa

Dünyanın müxtəlif ölkələrindən Urmiya gölünün qurtarılmasına çağırış

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Dünyanın müxtəlif ölkələrində ətraf mühit tərəfdarları Urmiya gölünün qurtarılmasına çağırış ediblər.

Əsasən dünyanın müxtəlif ölkələrindən olan azərbaycanlılar və əcnəbi ekofəallar “SAVE URMIA LAKE” adı altında sosial mediada videolar paylaşaraq, Urmiya gölünün yox olması ilə bağlı xəbərdarlıq mesajları paylaşırlar.

Onlar beynəlxalq ictimaiyyətə, ekofəallara və əlaqədar beynəlxalq qurumlara müraciət edərək Urmiya gölünün quruması və İran hökumətinin bərpa işləri ilə bağlı verdiyi vədləri yerinə yetirmədiyini bildirirlər.

Kampaniyaya qoşulanlar Tehran hakimiyyətini ekoloii faciəyə görə qınayr və milyonlarla insanın həyatını təhlükəyə atan ekoloji problemin həlli üçün əməli addımlar atmasını tələb edirlər.

Həmçinin yoxlayın

Evin həbsxanasında Tahir Nəqəvi və Vədud Əsədiyə dəstək məqsədilə Murtəza Pərvinin rəsm sərgisi keçirilib

GADTB: Siyasi məhbus, təsviri və səhnə sənətləri üzrə tanınmış azərbaycanlı rəssam Murtəza Pərvinin bir günlük …

Tahir Nəqəvinin anası: “Xalqdan istəyirəm ki, susmasınlar”

GADTB: Evin həbsxanasında saxlanılan və Vədud Əsədi ilə birlikdə aclıq aksiyasında olan azərbaycanlı vəkil Tahir …