Edama məhkum edilən azərbaycanlı tələbə Ehsan Fəridinin atası: “Gözləmək çox ağırdır…”

GADTB: Təbriz həbsxanasında edama məhkum edilən azərbaycanlı tələbə Ehsan Fəridinin atası yayımladığı video-müraciətdə oğlunun hüquqi vəziyyətinə dair davam edən qeyri-müəyyənlikdən və ailənin dərin narahatlığından danışıb.

Ehsan Fəridinin atası bu duyğulu müraciətində bütün İran xalqına—Səhənddən və Savalandan tutmuş fəhlələrə, sənaye işçilərinə, müəllimlərə, universitet müəllimlərinə və tələbələrə—salam göndərərək, bu müddətdə Ehsanın səsini dünyaya çatdıran hər kəsə təşəkkür edib.

O, belə deyib:

“Bilirsiniz ki, gözləmək nə qədər çətindir; xüsusilə də narahatlıq və təşvişlə dolu bir gözlənti. Bizim təsəllimiz sizin həmrəyliyinizdir. Birlikdə olsaq, günahsızlarımızı xilas edə bilərik.”

Ehsan Fəridinin atası bildirib ki, oğlu fəhlələrin və zəhmətkeşlərin dərdini bilən biri olub, universitet ictimaiyyətinə isə əvvəlcədən Tələbə Gününü təbrik edib. O, həmçinin bütün vətəndaş cəmiyyəti fəallarını və hüquq müdafiəçilərini bu gənc tələbənin edam hökmünün icrasının qarşısını almaq üçün dəstəyini davam etdirməyə çağırıb.

Hüquq müdafiəçilərinin məlumatına görə, azərbaycanlı tələbə Ehsan Fəridi müstəqil vəkilə çıxış imkanı olmadan və ittihamların araşdırılması prosesində ciddi hüquqi ziddiyyətlər olduğu halda təhlükəsizlik ittihamları üzrə edama məhkum edilərək ədalətli mühakimə prinsiplərinin kobud şəkildə pozulmasına məruz qalıb.

Həmçinin yoxlayın

Hüseyn Amani-Nadarlinin vəziyyəti ilə bağlı məhkəmə orqanları heç bir məlumat vermir

GADTB: Bir neçə gün öncə Şəbəstər şəhərində işlədiyi yerdə molla rejimin qüvvələri tərəfindən saxlanılan azərbaycanlı …

Xıyavın Əhmədava kəndindəki “Bal-Bal” daş abidələri məhv olmaq üzrədir

GADTB: Xıyav (Mişkinşəhər) bölgəsinin Əhmədava (Əhmədabad) kəndində yerləşən “Bal-bal” daş abidələrinin iki nümunəsi tamamilə məhv …