Çərşənbə , Noyabr 11 2026
azfa

Ehsan Fəridinin anası Evin həbsxanasında aclıq aksiyasındakı azərbaycanlı məhbuslara dəstək verdi – Video

GADTB: Edam cəzasına məhkum edilmiş azərbaycanlı tələbə Ehsan Fəridinin anası, Pərvin Həyati, şəxsi İnstagram səhifəsində yayımladığı videoda oğlunun Evin həbsxanasında qısa görüşə çıxarıldığını bildirib və onun davam edən həbsi və edam hökmünə etiraz edib.

Pərvin Həyati videoda deyib:

“Bu gün Ehsanın görüşünə getmişdik. Onu kiçik bir pəncərənin arxasından, barmaqlıqlar arxasında gördüm və bir neçə dəqiqə telefonla danışa bildik. Mən bir ana kimi soruşuram: Ehsan və Ehsan kimilərinin yeri həbsxana divarları arxasındadırmı? Hansı günahın müqabilində bu hökm verilib?”

O, çıxışının davamında türkcə həmvətənlərinə müraciət edərək, Evin həbsxanasında aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbuslara dəstəyini bildirib və deyib:

“Hami azadlıq sevən insanlara azadlıq arzulayıram.”

Videoda Ehsanın atası da “Edama yox!” şüarı yazılmış plakat tutaraq oğluna dəstək nümayiş etdirib.

Xatırladaq ki, 22 yaşlı Təbriz Universiteti tələbəsi Əhsan Fəridi, Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən “yer üzündə fəsad törətmək” ittihamı ilə edam cəzasına məhkum edilib və bu hökm İran Ali Məhkəməsi tərəfindən də təsdiqlənib.

https://t.me/GADTB1/46284

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …