Çərşənbə , Oktyabr 21 2026
azfa

Ekoloji fəlakət; Güney Azərbaycanın məşhur Ənzəli bataqlı gölməçəsi qurudulur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin bölgədəki əlaltılarının yarıtmaz siyasəti nəticəsində Güney Azərbaycanın məşhur Ənzəli bataqlı gölməçəsi qurudulur. Nəticədə bölgədə yeni ekoloji fəlakət baş verməkdədir.

Ənzəli bataqlıq gölməçəsinin dərinliyi keçmiş illərdə 10 m-dən hazırda yarım m-dən də az səviyyəyə gəlib çatıb. Gözəl təbiətə malik olan bölgədə beləliklə yeni ekoloji fəlakət törədilməkdədir.

Qeyd edək ki, Güney Azərbaycanın Urmiya və Qurugölünü qurudan rejim, hazırda Ənzəli bataqlıq gölməçəsini qurutmaqdadır. Rejimin bölgədəki rəsmilərinin yanlış siyasəti ilə yanaşı təbii amillər də bu ekoloji fəlakətin baş verməsində rol oynayır.

Həmçinin yoxlayın

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …

İraq da İranla sərhədləri bağlayır

GADTB: İraq hökuməti İranla sərhəddəki keçid məntəqələrini bağlamağa başlayıb. Artıq Əş-Şeyb sərhəd-keçid məntəqəsi bu gündən …