Çərşənbə axşamı , İyun 18 2024
azfa

Erməni ekspert: “İranın güclənməsi Ermənistanın marağındadır”

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran və Rusiyanın maraqları strateji deyil, yalnız taktiki baxımdan üst-üstə düşə bilər. İran və Türkiyə münasibətləri, xüsusən də indiki dövrdə çox daha mürəkkəb və gərgindir.

Bu sözləri İran məsələləri üzrə erməni ekspert Emma Beqicanyan “Armenpress” agentliyinə müsahibəsində İran, Türkiyə və Rusiya arasında üçtərəfli münasibətlərə toxunarkən bildirib.

Onun sözlərinə görə, bu gün İranın maraqları, ilk növbədə, 2015-ci ildə İranla “5+1” qrupu arasında imzalanmış nüvə sazişinin dirçəldilməsini tələb edir, hansı ki, bundan sonra Qərbin İrana qarşı sanksiyaları və məhdudiyyətləri aradan qaldırılacaq. Və bu perspektiv, Beqicanyanın fikrincə, birbaşa Tehranın regional siyasəti, onun regiondakı mövqeyi, o cümlədən İranın ali rəhbərliyinin Ermənistan-İran sərhədinin əhəmiyyəti ilə bağlı ifadə etdiyi mövqe ilə bağlıdır.

“İranın maraqları nüvə sazişinin bərpasını tələb edir, çünki İran dünyada ən azı ikinci ən böyük qaz ehtiyatlarına malikdir və Avropanın da qaza ehtiyacı var. Nüvə sövdələşməsinin dirçəldilməsi isə hətta bu regionda baş verən proseslərə ölümcül təsir göstərə bilər. İranın mövqeyi dəyişəcək, İran qaz ixrac edə bilər. İrana qarşı məhdudiyyətlər aradan qalxarsa, bu, Ermənistan üçün üstünlük olacaq. Güclü və müstəqil Ermənistanın olması İranın maraqlarına cavab verdiyi kimi, İranın iqtisadi cəhətdən və bütövlükdə güclənməsi də bizim xeyrimizədir”.

Onun sözlərinə görə, bu cür gedişat gerçəkləşərsə, İranın Türkiyə və Rusiyadan asılılığı azalacaq.

Həmçinin yoxlayın

Təbriz əhalisinin vergi pulu ilə alınan metro vaqonları İsfahana aparılıb

GADTB: Təbriz əhalinin vergi pulu ilə alınan Təbriz metrosu üçün alınan metro vaqonları İsfahan şəhərinə …

Sayın Sara xanım Azərsunun İranın azərbaycanlı fəalları ədalətsiz və qapalı mühakimə etməsi ilə bağlı Avstraliya rəsmilərinə müraciətinə cavab gəlib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İnsan və …