Şənbə , Aprel 26 2025
azfa

Erməni lobbisi fəaliyyəti nəticəsində 60 konqresmen Azərbaycana qarşı çağırış etdi

GADTB: ABŞ Nümayəndələr Palatasının 60 üzvü ABŞ Dövlət katibi Marko Rubioya çağırış edib. Demokrat Frenk Pallone, respublikaçı Maykl Lavlerin də daxil olduğu qrup Amerikadan Azərbaycana tətbiq edilən 907-ci düzəlişin gücləndirilməsini tələb edir.

Bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

O bildirib ki, konqresmenlər erməni yalan təbliğatını təkrarlayıblar:

“Azərbaycanı “etnik təmizləmə” yolu ilə 120 min erməni xristianı Qarabağdan qovmaqda, Ermənistanın suveren ərazisini işğal etməkdə, erməni əsirləri qeyri-qanuni saxlamaqda və s. suçlayırlar.

Frenk Pallone 1988-ci ildən Nümayəndələr Palatasının üzvüdür. Yəni o, az qala 40 ildir ki, Nümayəndələr Palatasında oturur. Ancaq bu illər ərzində bir dəfə də olsun işğalçı ermənilərin əleyhinə bir kəlmə söz deməyib.

Pallone 2024-cü ilin noyabrında COP29-da iştirak üçün Azərbaycana səfəri zamanı da ermənilərə dəstək nümayiş etdirdi. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım, kütləvi qətliam, mədəni irsin dağıdılması kimi cinayətlərinə həmişə dəstək verib və azərbaycanlılara qarşı etnik və dini əsaslı nifrət siyasəti həyata keçirib.

Xatırladım ki, 2001-ci ildə dondurulmuş 907-ci düzəliş məhz demokrat Co Bayden dönəmində – 2023-cü ildə yenidən qüvvəyə mindi.

Hazırda İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ-dakı yəhudi lobbisi 907-ci düzəlişin aradan qaldırılması uğrunda mübarizə aparır. 50-dən çox ravvinin D.Trampa müraciəti də bu məsələ ilə bağlıdır.

Gördüyünüz kimi, yəhudi lobbisinin hərəkətə keçməsindən narahat olan erməni lobbisi prosesin qarşısını almağa çalışır. Bu müraciət elə bu narahatlığın ifadəsidir”.

Həmçinin yoxlayın

Çanaqqala şəhidlərinin nəvələri və ANZAK əsgərlərinin nəvələri Sidneydə görüşüb- Video

GADTB:  Çanaqqala zəfərinin 110-cu ildönümündə Mersin Universitetinin rektoru Prof.Dr.Erol Yaşarın rəhbərliyi ilə həyata keçirilən layihə …

İranın ögey siyasəti nəticəsində Təbrizdə tarixi Sabiləmir meydanı dağılır

GADTB: İrqçi fars-molla rejimin ayrıseçkilik və ögey siyasəti nəticəsində Güney Azərbaycanda tarixi abidələrdən biri olan …