Erməni lobbisinin təşkilatçılığı ilə Araikin “naziri” ABŞ Konqresinə gedir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qarabağdakı separatçı-terrorçu rejimin qondarma “xarici işlər naziri” David Babayan ABŞ Konqresində çıxış edəcək.

Sentyabrın 19-da Vaşinqtona gedəcək separatçı çıxışında “status” və qondarma “arsax”ın təhlükəsizliyindən bəhs edəcək.

Səfərin təşkilatçısı Amerika Ermənilərinin Milli Komitəsidir (ANCA);

ABŞ-ın “Minsk qrupu” mövqeyindən sonra separatçının Konqresdə çıxışının təşkil edilməsi təsadüfi deyil. Görünür, erməni diasporu/lobisi Vaşinqton Cənubi Qafqaz siyasətinə ciddi şəkildə təsir edə bilib və ABŞ bölgəyə dair siyasətini “status” kimi perspektivi olmayan məsələlər üzərindən həyata keçirmək xəttini genişləndirir. Səfirin Şuşaya niyə getmək istəməməsinin səbəbi bir daha məlum olur.

Bakı separatçı Babayanın Konqresdə çıxışı məsələsini Vaşinqtonun qarşısında qaldırılmalıdır.

Həmçinin yoxlayın

İran İsraildən intiqam əvəzinə bir yəhudi milyarderin gəmisini ələ keçirdi

GADTB: İran Hörmüz boğazında Portuqaliya bayrağı altında üzən gəmini ələ keçirməkdə ittiham olunur. Bu barədə …

Şorabil gölündə çirklənmə nəticəsində balıqlar məhv olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, baxımsızlıq nəticəsində Ərdəbilin Şorabil gölünün çirklənmə və ekoloji …