Çərşənbə axşamı , İyun 22 2021
azfa

Erməni müxalifəti Paşinyanın Qaragöl şousunu ifşa etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Zəngəzur istiqamətində sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı aparılan işlər çərçivəsində 12 may tarixindən başlatdığı antiazərbaycan kampaniyası və siyasi şousu ilə bağlı maraqlı açıqlamalar gəlməkdədir.

Azərbaycan Ordusunun GPS və xəritələr əsasında davranmasına, heç bir aqressiv addım atmamasına və danışıqlara açıq olmasına baxmayaraq, Ermənistan rəhbərliyi 12 may tarixində Azərbaycan Ordusunun sərhədləri bərpa edərək, Qaragölə nəzarəti götürməsini “Ermənistan sərhədləri daxilinə müdaxilə” adı ilə saxtalaşdıraraq, müxtəlif dövlətlərə şikayətə başladı. Rusiya lideri Putindən tutmuş Makrona qədər, bir neçə liderə dəfələrlə zəng edən Nikol Paşinyan Qaragöl ətrafında şounu genişləndirməkdə davam edir.

Halbuki erməni rəsmilər özləri Azərbaycan Ordusunun heç bir aqressiya göstərmədiyini, müzakirələrin ilk gündən davam etdiyini və xəritələrin müqayisə edildiyini açıqlayır. Bu gün saat 15:00-da da növbəti müzakirə başlayıb. Hətta Vardenis administrasiyasının rəhbəri Azərbaycan zabitlərinin müzakirələrdə erməni tərəfinin haqlı olduğunun üzə çıxacağı halda üzr istəyib, geri çəkilməyə hazır olduqlarını bildirdiyini də elan edib.

Bəs, belə halda Ermənistan niyə hay-küy salır?

Ermənistan müxalifətinin nümayəndələri bunu Nikol Paşinyanın oyunu kimi təqdim edirlər. Robert Köçəryan tərəfdarı olan “döyüşçü”, Qarabağ klanının üzvü Qarnik Arakelyan bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, Zəngəzur vilayətində sərhəd demarkasiya və delimitasiyasının bu səviyyədə gərginləşdirilməsi siyasi oyundur və hədəf seçkiləri təxirə salmaqdır.

O iddia edib ki, Nikol Paşinyan gərginliyi artıraraq, hərbi vəziyyət elan etməyə çalışır.

Erməni sosial şəbəkə istifadəçiləri də heç bir əsası olmayan, Azərbaycan Ordusu ilə sakit müzakirələrin aparılmasına baxmayaraq, məsələnin bu dərəcədə şişirdilməsini Nikol Paşinyanın seçkiyə hesablanmış oyunu adlandırırlar.

İddialar sırasında o da bildirilir ki, sərhəddəki gərginlik qısa müddətdə sakitləşərsə və Paşinyan istəyinə nail olmasa, onda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan “B planı”na keçəcək və pandemiyanı bəhanə edəcək. Belə ki, koronavirusa yoluxma sayı şişirdilərək, qapanmalara gediləcək – ən yaxşı halda seçkilərdə məhdudiyyətlər tətbiq ediləcək, ən pis halda isə seçkilər təxirə salınacaq.

Həmçinin yoxlayın

Tikantəpədə kürdlərin xeyirinə seçkilərin saxtalaşdırılması əhalini qəzəbləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tikantəpədə mühacir kürdlərin deputatının kürdlərin xeyrinə seçkini saxtalaşdırması …

BMT-nin qarşısında erməni minalarının partlamasında həyatını itirən azərbaycanlı jurnalistlər yad edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Azərbaycan …