Erməni separatçıların qurduğu qanunsuz hökuməti dağılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan Qarabağ savaşında kapitulyasiyaya imza atdıqdan sonra təkcə bu ölkədə deyil, qondarma Dağlıq Qarabağ Respublikasında da siyasi böhran başlayıb.

Üzdəniraq Dağlıq Qarabaöğ Respublikaındə yüksək vəzifə tutan separatçılar istefa verməyə başlayıb. Artıq “Təhlükəsizlik Şurası”nın aparat rəhbəri Qaqik Nazluxanyan və “Xarici İşlər naziri”nin müşaviri Hraçya Arzumanyan istefa verib.

Nazluxanyan istefasını xalqa verdiyi vədlərə sadiq qalması ilə izah edərək dolayısı ilə İrəvanın Qarabağ siyasətindən narazı qaldığına eyham edib.

Arzumanyan isə fikrini daha açıq formada bildirib. O Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin Qarabağla bağlı imzaladığı birgə bəyanati xəyanət kimi dəyərləndirib.

“Erməni tarixinə mütləq düşəcək milli xəyanətlə qarşılaşırıq. Ermənistan Baş naziri Nikol Paşinyan və Artsax Prezidenti Arayik Harutyunyan qəsdən xəyanət etdilər. Bu düşünülmüş bir seçim və addım idi. Bildiyim qədəri ilə ən yüksək hərbi-siyasi rəhbərliyin heç biri istefa verməyərək xəyanətə ortaq olurlar.

Mövcud şəraitdə ölümcül bir təhlükənin olduğu Ermənistanın qalan hissəsini necə xilas edəcəyimizi düşünmək lazımdır”, – deyə o vurğulayıb.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın