Cümə axşamı , May 15 2025
azfa

Erməni təcavüzünü pislədiyinə görə İran rejimi azərbaycanlı fəal Siyamək Seyfini 2 il həbsə məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Güney Azərbaycanın Xiyav şəhərində yaşayan azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfini Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünü pislədiyinə görə 2 il həbsə məhkum edib.

Bu barədə məlumat azərbaycanlı fəala mayın 20-də göndərilən rejimin məhkəmə bildirişində qeyd edilib. 

Rejim azərbaycanlı fəalı şərləyərək “Ictimai asayişi pozmaq üçün əlbir olmaq”da ittiham edib.

Ermənipərəst İran rejiminin göndərdiyi məhkəmə bildirişində yazılıb:

“İctimai asayişi pozmaq üçün əlbir olmaq ittihamı ilə bağlı Meşkin prokurorluğu və İnqilab Məhkəməsinin iddianaməsinə, ETTELAAT İdarəsinin hesabatına, müttəhimin telefonunda “Instagram” və “Telegram” sosial şəbəkələrində fəaliyyətinə dair əldə edilən materiallara əsaslanaraq, öncədən elektron poçt vasitəsi ilə bildirilməsinə rəğmən məhkəmə iclasına qatılmadığına görə, müttəhimin İslami Cəza Qanununun 61-ci maddəsinə əsasən Siyamək Seyfinin 2 il həbsinə qərar verilir. Onun yaxalandığı günlər də həbs müddətindən azaldılacaq”.

Qeyd edək ki, Siyamək Seyfi azərbaycanlı milli fəal Aydın Zakiri ilə birlikdə 18 oktyabr 2020-ci ildə Güney Azərbaycan şəhərlərində Qarabağın  azad edilmə əməliyyatlarına dəstək və İran rejiminin Ermənistana hərbi yardımlarına qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiklərinə görə yaxalanmışdı.

Həmçinin yoxlayın

Özbəkistanda qədim türk yazılı sikkələr aşkarlanıb

GADTB: Özbəkistanda VI əsrə aid olduğu təxmin edilən türk pulu aşkarlanıb. Göytürk dövrünə aid olduğu …

ABŞ konqresmənləri Trampı İrandakı uran zənginləşdirməsini ləğv etməyə çağırıb

GADTB: ABŞ Konqresindəki 200-dən çox Respublikaçı nümayəndə və senator Donald Trampı İrana qarşı sərt mövqeyinə …